xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Qaçqınkom": "İlin sonunadək 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin yurdlarında məskunlaşması nəzərdə tutulub"

18-08-2023, 09:20 29 dəfə baxılıb

"Qaçqınkom": "İlin sonunadək 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin yurdlarında məskunlaşması nəzərdə tutulub"


Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.

“Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq. Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Bu gün “Qobu” yaşayış kompleksindən Füzuli şəhərinə ilk mərhələdə qayıdacaq 23 ailə - 90 nəfərin köç karvanı yola salınır. Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir”, - F.Hüseynov qeyd edib.

“Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.

Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq. Fürsətdən istifadə edərək doğma torpaqlarına qayıdan Füzuli sakinlərinə firavan həyat arzulayıram”, - Komitə sədrinin müavini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi