xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

İranda məktəblərin fəaliyyəti dayandırıldı

3-12-2019, 13:00 84 dəfə baxılıb

İranda məktəblərin fəaliyyəti dayandırıldı


İranda 6 gün ərzində (23-29 noyabr) 12 838 nəfər hava çirkliliyinə görə, xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, onlardan 5,1 min nəfəri tənəffüs, 7,73 min nəfəri isə ürək problemləri olan şəxslər olublar.

Təşkilat sədri əlavə edib ki, ən çox İsfahan, Əlborz və Tehran vilayətlərində müraciət halları qeydə alınıb. O, hava çirkliliyi vəziyyətinin davam etdiyinə görə, vətəndaşlara zəruri hallar olmadığı halda mənzildən çıxmamağı məsləhət görüb.

Qeyd edək ki, hava çirkliliyinə görə bu gün İranın bir sıra vilayətlərində məktəblərin fəaliyyəti dayandırılıb. Belə ki, Tehranda məktəblər, universitetlər və ali təhsil müəssisələri, Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda orta məktəblər, İsfahan, Əlborz, Qum və Rəzəvi Xorasanında bir sıra orta məktəblərin fəaliyyəti dayandırılıb. /teleqraf.com/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi