xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Kreml Bakı və İrəvandan asılıdır, heç nə edə bilməz - Rusiyalı ekspert

16-05-2023, 10:54 20 dəfə baxılıb

Kreml Bakı və İrəvandan asılıdır, heç nə edə bilməz - Rusiyalı ekspert


Rusiya hazırda Bakı və İrəvandan asılı vəziyyətdə olduğundan mövcud ssenariyə təsir edib, prosesi dəyişə bilməz.

Bunu rusiyalı ekspert Modest Kolerov erməni mediasına müsahibəsində deyib.

Ekspert bildirib ki, sülhməramlıların mandatı müəyyənləşdiyi üçün Rusiya indi heç nə edə bilməz.

“İstənilən tərəf Rusiyaya deyə bilər ki, sən özünü hara soxursan, sənin sülhməramlı mandatın var və bundan başqa səlahiyyətlərin yoxdur. Sülhməramlılar sülh müqaviləsi imzalananadək olan keçid dövründə Qarabağda qalacaqlar, lakin sonra onların qalma müddəti uzadılmayacaq. Rusiya hazırkı ssenariyə təsir edə bilməz, çünki o, tamamilə Ermənistan və Azərbaycandan asılıdır. Rusiya bunu dəyişə bilməz”, - o vurğulayıb.

O eyni zamanda əlavə edib ki, artıq bir neçə il əvvəl Ermənistan Qarabağdan imtina edib: “Paşinyan illər əvvəl Qarabağla bağlı qərarı verib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi