xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

"Bakı Kremlin gözünü açır, ruslar çıxacaq" – Erməni ekspert

15-01-2022, 09:00 50 dəfə baxılıb

"Bakı Kremlin gözünü açır, ruslar çıxacaq" – Erməni ekspert


Ermənistan rəhbərliyinin hər təxribatı, qeyri-adekvat hərəkəti fonunda Bakı Kremlin gözünü açacaq. Çünki İrəvanın iki stulda oturmasına ehtiyac yox idi. Belə davam etsə, Moskva Rusiya sülhməramlılarının missiyasının Qarabağdan çıxması barədə qərar verəcək. Sonra nə edəcəyik? Ordumuz bizi müdafiə etməyə qadirdir? Nikolun Fransadan və ya Qərbdən olan dostları bizə dəstəyə gələcək? Təbii ki yox!
"Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Ambrasum Qabanyan bölüşüb.

“Rusiya sülhməramlılarının Qarabağda qalacağına zəmanət varmı? Belə bir zəmanət yoxdur. İlk növbədə ona görə ki, bizim mövcud hakimiyyət hadisələrin bu cür inkişafına qarşı dura bilməz. O, bir tərəfdən Qərbə sarı, bir tərəfdən də Rusiyaya tərəf sıçrayışlar edir. O, iki stulda oturmaq istəyirdi və məntiqi olaraq yıxıldı. Lakin bu, təkcə Nikol Paşinyanın və onun ətrafındakıların problemi deyil.

Bu, bütün Ermənistanın problemidir. Çünki Bakıda bizim iqtidarın zəifliyini görürlər, hiss edirlər, anlayırlar. Əliyev bunu açıq şəkildə dilə gətirir. Bütün dünya da bunu eşidir. Ermənistanın tarixində belə alçaldıcı heç nə olmamışdır. Azərbaycan Prezidenti ölkəmizin Baş nazirinin fəaliyyətini qiymətləndirmək üçün istifadə olunan sözləri deyəndə heç seçim etmir. Paşinyan isə bütün bunları udur”, - deyə erməni ekspert qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi