xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz

1-12-2021, 09:30 55 dəfə baxılıb

Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz


Tanınmış erməni blogger Roman Baqdasaryan yayımladığı video müraciətdə Köçəryan tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.

"Ölkə.az" xəbər verir ki, Baqdasaryan yayımladığı videoda şok açıqlamalar verib.

Baqdasaryan Köçəryan tərəfdarlarını yalançı revanşist bəyanatlar verərək Paşinyana təzyiq göstərməkdə ittiham edib: "44 günlük müharibədə həlak olmuş erməni əsgərlərinin ölüm əmrini "Qarabağ klanı" verib. Demək olar ki, bütün xarici səfirliklərdə çalışanlar Köçəryan tərəfdarlarıdır. Onlar Paşinyanın əleyhinə çalışırlar. Köçəryan tərəfdarları planlaşdırmışdılar ki, Ermənistana nə qədər çox tabut gedərsə, Paşinyanı daha rahat hakimiyyətdən devirəcəklər, Cəbrayıl ətrafında yolları minalayıb sonra qəsdən əmr veriblər ki, erməni əsgərlər həmin yolla getsinlər. Təkcə Madagizdə (oxu.Suqovuşan) 250 erməni əsgərini öldürüblər. Əvvəl əmr veriblər ki geri çəkilin. Digər tərəfdən də başqa komandaya kordinatları verərək onların hamısını bombardıman etdiriblər. Kəlbəcərdə yaralı 26 erməni əsgərini xilas etmək mümkün idi, amma Qarabağ klanı onlara yardımdan imtina edib. Azərbaycan ordusu Hadruta hücum edəndə Qarabağ klanının silahlı birləşmələri evləri kütləvi talan ediblər. Ümumilikdə 1600 erməni hərbçisi Qarabağ klanı tərəfindən bu şəkildə öldürülüb".

Baqdasaryan revanşist ermənilərə müraciət edərək deyib ki, siz fərarilərsiniz: "Hər il Rusiyada yaşayan ermənilərin 40 faizi Türkiyə kurortlarında kef edir. Moskvada azərbaycanlıların restoranlarında yeyib-içirlər, amma sonra gəlib müharibə istəyirlər. Şəxsən mən Azərbaycanla müharibə istəmirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi