xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Məşhur erməni bloger Nikol Paşinyanı Gəncəni vurmaq əmri verməkdə ittiham edib

5-10-2020, 11:51 68 dəfə baxılıb

Məşhur erməni bloger Nikol Paşinyanı Gəncəni vurmaq əmri verməkdə ittiham edib


Məşhur erməni bloger Tiqran Köçəryan özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.
APA məlumatına görə, o, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (Xankəndi - red.) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia etmişdir.

T. Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib. Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur - red.) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (Ağdərə istiqaməti nəzərdə tutulur - red.) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Ən maraqlısı isə T. Köçəryanın Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir.

T. Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini də işğal altında olan Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi