xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Köçəryan və Sərkisyanın Azərbaycana verilməsi mümkündür" - ŞƏRH

21-06-2021, 14:00 44 dəfə baxılıb

"Köçəryan və Sərkisyanın Azərbaycana verilməsi mümkündür" - ŞƏRH


“Ermənistan xalqı Paşinyanı Qarabağı itirdiyinə görə cəzalandırmadı. Faktiki olaraq, Paşinyanın Ermənistanı Qarabağ yükündən xilas etməsinə və onun iqtisadi inkişafına nail olmasına dəstək vermiş oldu”.

Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Əhməd Əlili deyib.

Seçkinin yekunu olaraq, gələcəkdə Azərbaycana qarşı hərbi cinayətlər işlətmiş və Xocalı kimi soyqırımı cinayətini törədən Robert Köçəryanla, Serj Sərkisyanın Azərbaycana təhvil verilməsinin mümkün olub-olmaması haqqında mövqeyini açıqlayan Əlili deyib ki, bu, zaman alan məslədir: “Seçkilərin nəticəsi kimi Robert Köçəryan və Serj Sərkisyan hərbi cani kimi Azərbaycana gətirilmə ehtimalları artır. Seçkiöncəsi prosesdə Paşinyan “Robert Köçəryan və Serj Sərkisyanı versək, əsgərlərimizi geri ala bilərik” deyib. Odur ki, bu nəzəri cəhətdən mümkündür. Robert Köçəryan və Serj Sərkisyanı Azərbaycan təhvil verib, buradakı digər erməniləri geri ala bilər. Digər tərəfdən bu hərbi canilər barəsində Azərbaycanda cinayət işi açılıb. Adıçəkilən hərbi canilərin Azərbaycana təhvil verilməsi üçün də beynəlxalq hüquqi president də mövcuddur. Beynəlxalq hüququn tələblərinə görə, onların Azərbaycana təhvil verilməsində heç bir problem yoxdur. O baxımdan da Ermənistan tərəfi bölgədə davamlı sülhü və inkişafı istəyirsə, o zaman adıçəkilə canilərin əl-qollarını bağlayıb, Bakıya göndərə bilər. Bununla Paşinyan həm özünü, həm komandasını, həm də bütövlükdə erməni xalqını xilas etmiş olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi