xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO

27-03-2020, 12:49 71 dəfə baxılıb

“Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO


“Bu gün koronavirusa daha 29 nəfərin yoluxduğu müəyyən olunub. İnfeksiya təhlükəsi başlayandan sutka ərzində ən yüksək yoluxma sayıdır”.

Oxu.az xəbər verir ki, bu sözləri bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.   

Onun sözlərinə görə, yekun olaraq Azərbaycanda 104 nəfər koronavirus xəstəsi var: “Bu günə qədər koronavirusa yoluxma sayı ümumilikdə 122 nəfər olub. Onların böyük hissəsi ölkə daxilində qeydə alınan yoluxma hallarıdır. Təəssüf ki, ölkə daxilində yoluxmaların sayı xaricdən idxal olunan vətəndaşların sayını üstələyir”.

İ.Məmmədov mövcud vəziyyətin qarşısını almaq üçün Nazirlər Kabinetinin yenidən iclas keçirdiyini bildirib: “Nazirlər Kabineti yanənda Operativ Qərargahın növbəti iclasının keçirilməsinin üç əsas səbəbi oldu.  

Artıq ümumi xəstələrin sayının rekord həddə çatması, gün ərzində xəstələnənlərin sayının həndəsi silsilə ilə artması və xəstəliyin regionlara yayılması.  

Buna nəzarət etmək nisbətən çətinləşir. İclasda xüsusi karantin rejiminin tətbiq olunduğu 72 saat ərzində nə baş verdiyi müzakirə edilib. Vətəndaşların karantin rejiminə hansı şəkildə riayət etmələri gözdən keçirildi. Baş nazir özü də bununla bağlı vətəndaşlara çağırış etdi ki, hər kəs həmrəy olmalıdır. Təəssüf ki, insanlar karantin qaydalarına əməl etmir”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi