12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
Kərim Tahirov: Ulu öndər Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən ağır günlərində hakimiyyətə gələrək dövlətini, xalqını bu ağır vəziyyətdən çıxarmağı bacarmışdı
23-06-2023, 11:04
35 dəfə baxılıb
Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Fransa ev sahibliyi edir.
Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Fransa Milli Kitabxanasının direktoru Laurence Engel bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edilib, səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.
İclasın davamı olaraq İFLA ENSULİB-in sədri Harri Sahavirta kitabxana çərçivəsində davamlılıq meylləri haqqında çıxış edib.
Sonra CENL üzvlərindən Fransa, Azərbaycan, Portuqaliya, Ukrayna, Moldova, Latviya Milli Kitabxanalarının rəhbərləri davamlılıq aspektləri haqqında təqdimat ediblər.
Professor Kərim Tahirov təqdimatla çıxış edərək qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında istifadəçilərə xidmət prosesində ən yeni texniki həllərin, metod və üsulların tətbiqi istiqamətində son illər ərzində çox böyük işlər görülüb, mühüm nailiyyətlər qazanılıb. Direktor vurğulayıb ki, elektronlaşdırma prosesinin vacib istiqamətlərindən biri istifadəçilərə sənədlərin, informasiyanın elektron formatda təqdim edilməsidir. Kərim Tahirov dünyanı cənginə alan Koronavirus pandemiyası şəraitində Azərbaycan Milli Kitabxanasının bir dəqiqə də olsun öz fəaliyyətini dayandırmadığını, ölkəmizdə və dünyada evlərində qapanıb qalmaq məcburiyyətinə düçar olan oxuculara – tədqiqatçılara, bütün istifadəçilərə fasiləsiz onlayn xidmət göstərdiyini söyləyib. Direktor 2020-2021-ci illərdə Milli Kitabxananın “Sənədlərin sifarişi və elektron çatdırılması” onlayn xidməti vasitəsilə istifadəçilərə 246 098 resurs göndərildiyini, həmin illərdə Milli Kitabxananın virtual oxucularının sayının 7 500 523 nəfər olduğunu qeyd edib. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər vasitəsi ilə 88 048 tammətnli (kitab, dissertasiya, dövri mətbuat olmaqla) elektron resurs yaradılıb. Pandemiya təhlükəsi Milli Kitabxanamızın son illərdə həyata keçirilən avtomatlaşdırma və elektronlaşdırma tədbirləri sayəsində uğurlarının nəticələrini ortaya qoydu.
Ditrektor kitabxanada virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksləri – Elektron məlumat bazaları, virtual sərgilər, musiqi kitabxanası, audiokitablar barədə də təqdimat edib.
Azərbaycan Milli Kitabxanasının fəaliyyəti CENL üzvləri tərəfindən yüksək qiymətləndirilib.
Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdirib.
Konfrans öz işini 20 iyun tarixində davam edəcək.
Konfransa növbəti il Polşa Milli Kitabxanası ev sahibliyi edəcək.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Bugünkü güclü, qüdrətli, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev bütün ömrünü dövlətinin müstəqilliyinə, xalqının azad yaşamasına həsr etmişdir. Dəfələrlə həyatı təhlükə altında olanda ölümlə üz-üzə qalanda da ulu öndər Heydər Əliyev bir an belə bu müqəddəs amaldan geri çəkilmədi.O, Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab etmişdir.
Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da hakimiyyətin başında duran şəxslər ölkədə baş verən ictimai-siyasi proseslərə nəzarət edə bilmirdilər. 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra Azərbaycanda iqtisadi-siyasi böhran daha da dərinləşməyə başladı. 1993-cü ilin may-iyun aylarında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaranmışdır və Azərbaycan müstəqilliyini itirməklə üz-üzə qalmışdı. Ölkəni bu ağır durumdan yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət qurtara bilərdi. Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi qarşısında duruş gətirə bilməyən ölkənin o dövrdəki rəhbərliyi ulu öndəri Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il 15 iyun tarixində xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Həmin gün Heydər Əliyevin parlamentdə tarixi çıxışı oldu. Çıxışında Heydər Əliyev Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini qorumaq və gələcəkdə güclü bir dövlətə çevirmək üçün yorulmadan çalışacağını vurğulamışdır. Ulu öndər Heydər Əliyevin çıxışında "ömrümün bundan sonra qalan hissəsini, harda olur olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deməsi, Azərbaycan xalqının qəlbində bir ümüd çırağı yandırdı. Azərbaycan xalqı Heydər Əliyevə inanırdı və anlayırdı ki, bu dahi şəxsiyyət xalqı gözəl gələcəyə aparacaq, dövlətimizi güclü bir ölkəyə çevirəcək.
Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi parlamentin işində hər zaman aşkarlığa üstünlük verirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, müşavirələr, televiziyada canlı olaraq yayımlanırdı. Ölkəmizdəki vəziyyət barədə xalqa doğru-dürüst məlumat verilirdi. Parlamentin 1993-cü il 24 iyun tarixli iclasında Milli Məclisin Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə çıxartdığı qərar Azərbaycan dövlətinin gələcək taleyində mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentin işinə yeni nəfəs verdi. Ordu quruculuğu işində mühüm qərarlar qəbul edildi. Xalqın rifahı və dövlətin gələcək inkişafı üçün çox əhəmiyyətli qərar və qanunlar işlənib hazırlandı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyev ölkədə baş verən separatçılığın və vətəndaş qarşıdurmasının qarşısını aldı. Avqustun 7-də ölkəmizin cənub bölgəsində "Talış-Muğan Respublikası" elan olunmuşdur. Avqustun 17-də Milli Məclis "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" Qərar qəbul etdi və bu hadisəyə siyasi qiymət verildi. Tezliklə əhalinin istəyi və Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində bu avantüraya son qoyuldu.
Ali Sovetin sədri vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyev parlamentə yeni ruh və siyasi mədəniyyət gətirdi. Ulu öndər Heydər Əliyevin parlament iclasını aparmaq tərzi, qaldırılan problemlərin həll edilməsi üçün görüləcək tədbirlərin həyata keçirilməsi yönümündə atılacaq addımlar, söylənilən bütün fikirləri cəmləşdirərək düzgün qərarların qəbul edilməsi hər bir parlament üzvü üçün bir örnək, əsl məktəb idi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və öz xalqının xilaskarı kimi hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyev dünyanın inkişaf etmiş ölkələrində sınaqdan çıxmış inkişaf modellərini Azərbaycan reallıqlarına uyğunlaşdıraraq yeni mütərəqqi bir iqtisadi-siyasi model yaratmışdır. Qısa zamanda xarici investorların ölkəmizə sərmayə yatırmaları üçün əlverişli mühüt yaratmışdır. Ulu öndər Azərbaycan dövlətinin inkişafını yalnız ölkədə demokratiyanın bərqərar olmasında, sərbəst iqtisadiyyatın, sahibkarlığın inkişaf etdirilməsində görürdü. Ulu öndər Heydər Əliyev dövlətçiliyin əsasını qoydu, milli ideologiyanı və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaratdı.
Kiçik bir dövlət olan Azərbaycan qısa bir müddətdə Heydər Əliyevin siyasəti nəticəsində dünyada nüfuzlu bir dövlətə çevrildi. Dünyayın böyük dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanla ciddi münasibətlər qurmağa başladılar. Ulu öndər Heydər Əliyev o dövrlərdə baş alıb gedən özbaşınalığa, hərc-mərcliyə son qoydu. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ön plana çəkildi, ölkədə qanunun aliliyi təmin edildi. Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı ağır və sərt sınaqlardan çıxartdı, ölkənin gələcək inkişaf strategiyasını yaratdı.
Bütün həyatını xalqına xidmət etməyə həsr etmiş ulu öndər Heydər Əliyev həmişə xalqa arxalanmışdır. Azərbaycan xalqı da hər zaman Heydər Əliyevə dəstək olmuşdur. Xalq inanırdı ki, ən ağır günlərdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini, suverenliyini qoruyacaq və bu istiqamətdə ən müdrik və qətiyyətli qərarlar verəcək. Ulu öndər Heydər Əliyev dahi tarixi şəxsiyyət, güclü lider və dövlət başçısı idi. Heydər Əliyev bütün dünyada idarə etmənin üstadı, siyasətin, diplomatiyanın kamil bilicisi kimi tanınırdı.
Ulu öndər Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən ağır günlərində hakimiyyətə gələrək dövlətini, xalqını bu ağır vəziyyətdən çıxarmağı bacarmışdı. Sovetlər İttifaqı dövründə ağır iqtisadi durumda olan Azərbaycanı ən qabaqcıl respublikaya çevirdi, müstəqilliyimizin ilk illərində parçalanmaq, müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalan Azərbaycanı dirçəltdi, qüdrətli bir dövlətin təməlini qoydu. İllər keçdikcə gələcək nəsillər Heydər Əliyevin həyatını, irsini, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz, ölçüyəgəlməz xidmətlərini öyrəndikcə bu dahi şəxsiyyətin adını əbədi yaşadacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: