18-05-2023, 12:49
38 dəfə baxılıb

Göygöl “24 № -li Yol İstismarı” MMC-nin müdiri Anar müəllim - Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.
Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.
Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.
“Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dahi Liderin həyat fəaliyyətinin ayrı-ayrı dövrlərinə bir daha nəzər salınır. Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edilir. Onun Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün strategiyasından, ayrı-ayrı dövrlərdə xalqımız, dövlətimiz qarşısında əvəzsiz fəaliyyəti bir daha göz önündə canlandırılır. Azərbaycan xalqı özünün böyük oğlunun xatirəsinə böyük hörmət və ehtiramını ifadə edir.”
Bu mənada Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna kəsb edir: “Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident İlham Əliyev vurğulamışdır ki. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla yanaşı, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə olan nümayişi idi. Prezident İlham Əliyev xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salıb. Vurğulanıb ki, müstəqilliyimizin yenicə bərpa edildiyi 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər: “Ölkədə talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya ilə yanaşı torpaqlarımız erməni işğalçıları tərəfindən təcavüzə məruz qalırdı. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi də heç də təsadüfən baş verməmişdi. Faktiki olaraq isə Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satır, ölkəni mövcud ağır durumdan xilası üçün heç bir təsirli addım atmırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Zəruri addımlar atıldı və bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu”.
Anar müəllim 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ilə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsinin olduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin neft strategiyası məhz bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. Sözsüz ki, 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tranzit dövlət kimi tanınır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Təbii ki, qazanılan bütün uğurların əsasında Heydər Əliyev strategiyası, Onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır. Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edilib. Reallıq budur ki, Azərbaycan öz maliyyə resursları, maddi imkanları ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, ölkəmizdə sosial islahatlar uğurla davam etdirilir”.
Ulu Öndər Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsi və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır: “Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib, əmin-amanlıq mövcuddur. Məhz ölkədə hökm sürən sabitlik və əmin-amanlığın sayəsində bu gün Azərbaycan Qarabağda və Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir. Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyev Şuşada xalqa müraciətində həmçinin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduğunu, orada Azərbaycan Bayrağını qaldırdığını, ərazi bütövlüyümüzü tam bərpa etdiyini vurğulayıb. Bütün bu amillər onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha yüksək zirvələri fəth edəcək”.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR