12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
Kərəm Məmmədrzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
31-03-2023, 12:55
194 dəfə baxılıb
Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.
Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.
Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında «27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Kərəm Məmmədrzayevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kərəm Məmmədrzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bəzi internet saytlarında 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər - Dövlət vəsaitini açıq şəkildə talayırlar... başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yerləşən daha bir neçə ikimərtəbəli binanın həyətinə asfalt örtüyü vurulub
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq paytaxt Bakıda, o cümlədən respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər Qazaxda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin bariz nümunəsidir.
Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.
Şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-16) yerləşən, Qazax Mənzil İstismar Sahəsinin balansında olan 42,43,44,45,46,47,48 saylı ikimərtəbəli binaların həyətində abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulub. Nəriman Nərimanov yaşayış massivində (Su-15) yerləşən, MİS-in balansında olan 22,23,24,25,26,27 saylı ikimərtəbəli binaların həyətlərinə də yeni asfalt örtüyü çəkilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-15) yerləşən ikimərtəbəli yaşayış binalarının həyətində görülmüş işlər və asfalt örtüyünün vurulması ilə yerində tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: