xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Qax rayonunda silsilə tədbirlər davam edir

17-04-2023, 11:06 29 dəfə baxılıb

Qax rayonunda silsilə tədbirlər davam edir


Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Musa Şəkiliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Musa Şəkiliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Rayonda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib

Qax rayonunda silsilə tədbirlər davam edir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da silsilə tədbirlər davam etdirilir.

“Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq aprelin 15-də, Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində ümumrayon iməciliyi keçirilib.

Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları və sakinlər böyük həvəslə, fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.

Qax rayonunda silsilə tədbirlər davam edir
Qax rayonunda silsilə tədbirlər davam edir
Qax rayonunda silsilə tədbirlər davam edir
Qax rayonunda silsilə tədbirlər davam edir
Qax rayonunda silsilə tədbirlər davam edir


RİH başçısının Qındırğa kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

Qax rayonunda silsilə tədbirlər davam edir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qındırğa kəndində 11 aprel 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin bir hissəsindən keçən çayın məcrasının təmizlənməsinə, içməli su probleminin həll olunmasına, giriş yolunun təmiri üçün texnikanın ayrılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi