13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vasif Nəbiyevin diqqətindədir
17-03-2023, 13:45
88 dəfə baxılıb
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vasif Nəbiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vasif Nəbiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyev - Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi olub. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanılmışdır. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. Ulu Öndərin bu mühüm tarixi qərarı məhz gələcək müstəqil Azərbaycanın ordu quruculuğu üçün hədəflənmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu. Ulu Öndər ölkəmizdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Bir sözlə, həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanda hərbi kadrların hazırlanması və ordu quruculuğu dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında xidmətlərini saymaqla qurtarmaq mümkün deyil. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən ulu öndər Heydər Əliyev qarşıya çox mühüm vəzifələr qoymuş və müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edəcək Əsas Qanunun xalqın iradəsinə söykənməli olduğunu bildirib. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən çox mühüm məqamlardan biri də dövlət dilinin necə adlandırılması məsələsi olmuşdur. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, lakin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Liderin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olaraq əsrlər boyunca Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki dahi şəxsiyyət öz titanik fəaliyyəti ilə xalqın məhəbbətini qazanmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: