13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əziz Əzizovun diqqətindədir
14-04-2023, 12:10
51 dəfə baxılıb
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin təsərrüfatı Şöbəsinin müdiri, 1-ci dərəcə dövlət qulluqçusu Mehman Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əziz Əzizovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əziz Əzizov və Mehman Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib
A.Səfərov adına 114 saylı tam orta məktəbdə sakinlərlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. RİH başçısı Əziz Əzizov çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar ölkə başçımız cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamların əhəmiyyəti barədə danışıb, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən sabitliyin sosial-iqtisadi inkişafın əsasını təşkil etdiyini vurğulayıb. O, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. Həmçinin, sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Aprelin 13-də Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup Suraxanı rayon məktəblilərinin Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ekskursiyası təşkil olunub
Ekskursiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub. Azərbaycan İlahiyyyat İnstitutunun rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Rektor İlahiyyat İnstitutunda mövcud ixtisaslar, keçilən fənlər, tələbələrə dəstək xidmətləri haqqında geniş məlumat verib. A.Şirinov Azərbaycan müstəqillik qazandıqdan sonra, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımların Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, ölkəmizin dini mühitində mövcud olan sabitlik xarici dövlətlər tərəfindən tədqiq edilir və nümunə göstərilir. Aİİ rəhbəri xarici qüvvələrin mövcud sabitliyimizi pozmaq cəhdlərinin qarşısının qətiyyətlə alındığını və xalqımızın belə qüvvələrə qarşı birlikdə mübarizə apardığını və bundan sonra da aparacağını diqqətə çatdırıb. Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edərkən rektor qeyd edib ki, ali təhsil müəssisəsində mənəvi sərhədlərimizin keşiyində duracaq gənclərimiz yetişir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyətindən, məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, gənclərimizin yad qüvvələrin təsirindən qorunması üçün belə ali təhsil müəssisəsinin olması vacib idi. Ölkə rəhbərliyinin gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda böyüməsi üçün dövlət-din münasibətlərinin inkişafı istiqamətində atdığı məqsədyönlü addımlar təqdirəlayiqdir. Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb. Daha sonra şagirdlər İnstitutun inzibati binası ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: