xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır

21-05-2020, 11:39 613 dəfə baxılıb

Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Qobustan 2 - saylı Yol İstismarı idarəsinin rəisi Mübariz Paşayev - Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı

Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi, bütün dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunmasına yönəldiyi bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyət və şəraitdən öz mənafeləri üçün istifadə edərək hüquqazidd əməllərinə yol vermələri ilə bağlı araşdırmaların aparılması tədbirləri ardıcıl olaraq həyata keçirilir. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qaydaların müxtəlif yollarla pozulması, vəzifə imkanlarından sui-istifadə etməklə, rüşvət almaqla, kimsəsiz və aztəminatlı ailələrə göstərilən yardımları mənimsəməklə cinayət məsuliyyətinə cəlb edilənləri xalq pislədi. Zorla özgəsinin payını əlindən almaq, başqasının süfrəsinə əl uzatmaq kimi bəd əməllər millətimizə xas olmayan xüsusiyyətlərdən sayılıb. Əslində 2018-ci ildən başlanmış, 2019-cu ildə daha geniş vüsət alan, cari ildə də davam etdirilməkdə olan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar xalqımız tərəfindən razılıqla qarşılanır.

Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat tədbirləri nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçıları həbs olunmuşlar. Onların aqibətindən ibrət götürməyən növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Onların törətdikləri dövlətçiliyə və xalqa xəyanətdən başqa heç nə ilə əvəz oluna bilməz. Korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərində aparılan islahatlarda daha sağlam prinsiplərə nail olunması dövlətimizin prioritet məsələlərindən birinə çevrilmişdir. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, əfsuslar olsun ki, əhali arasında narazılıqlar yaratmış neqativ halların baş verməsi, təkrarlanması faktları da müşahidə olunmuşdur. Ən yüksək səviyyədə edilən çağırışlar, xəbərdarlıqlar, eləcə də ifşa olunmuşların acı aqibəti bəd əməllər yolunu tutanlara bir dərs olmamışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.

Bu baxımdan Salyan rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, Salyan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, komissiya üzvləri ərazilərdə yoxlamalar aparmışdır. Karantin rejiminin tələblərini pozduğuna görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov tutduğu vəzifədən azad edilmiş, fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və barəsində rayon prokurorluğunda cinayət işi açılmışdır. Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini,

cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Prezident bildirmişdir: «Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir».

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin bəyan etdiyi fikirlərinin bariz göstəricisi oldu. Sözügedən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən elə özləri üçün istifadə etməklə cəmiyyətin və dövlətin mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermişlər. Ölkə başçısının dediyi kimi, onlar da qanundan kənarda qalmamış, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Belə məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Ölkəmizin başçısı cənab İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmaq üçün qətiyyətli addımlar atdığı bir vaxtda ciyayətə cəlb olunan məmurlar bu siyasətə qarşı mənəviyyata sığmayan hərəkətlər etməklə əslində dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Prezident İlham Əliyev: «Bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin olunsun»-deyə öz tövsiyələrini vermişdir.


Qobustan 2 - saylı Yol İstismarı idarəsinin rəisi Mübariz Paşayev - Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub.

Dövlət Proqramı Qobustan rayonunda uğurla icra olunur. Rayonda uğurlu görülən işlərdən ən vacibi yolların əsaslı təmiri və qaz xətlərinin çəkilməsidir. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 26 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır.

Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir.

Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Bu gün də, sabah da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.

************

Qobustan 2 - saylı Yol İstismarı idarəsinin rəisi Mübariz Paşayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mübariz Paşayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mübariz Paşayevdan danışdılar yaxşı ki, Mübariz Paşayev Qobustan 2 - saylı Yol İstismarı idarəsinin rəisi təyin olunub… Mübariz Paşayev öz isguzarlığı ilə tanınır və seçilir….

Mübariz Paşayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Mübariz Paşayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mübariz Paşayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qobustan 2 - saylı Yol İstismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mübariz Paşayev özünü doğruldub. Bizdə hörmətli Mübariz Paşayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Şərəfli vəzifəyə yiyələnən Mübariz Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi