xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vüsal Kərimov: Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

24-01-2022, 13:14 66 dəfə baxılıb

Vüsal Kərimov: Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir



4 saylı “Magistral Yolların İstismarı “MYİ” MMC-nin rəisi Vüsal Kərimov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz

(Heydər Əliyev)


Qlobal iqtisadiyyat deyilən bir anlayış var ki, onun meyarları hər zaman qaçılmaz olub. Hələ tarixin alt çağlarından insanlar arasında istehsal münasibətlərində baş verən köklü dəyişikliklər ictimai əmək bölgüsünə səbəb olmuş,cəmiyyətin bir qisminin fəaliyyəti nəticəsində əldə etdiyi məhsul digər bir qismi üçün necə deyərlər hava kimi, su kimi zəruri olmuşdur.

Zaman keçdikcə əmək bölgüsü nəinki fəaliyyət sahələrinə görə şaxələnmiş,həm də bir ölkə daxili proses olmaqdan çıxaraq beynəlxalq əhəmiyyət kəsb etmişdir. Məhz bu səbəbdən də artıq ölkələr arasında iqtisadi münasibətlər beynəlxalq əmək bölgüsü və beynəlxalq ixtisaslaşma əsasında inkişaf tapmışdır. Bu gün dünya iqtisadi inteqrasiyası ağlasığmaz dərəcədə inkişaf edərək,əmtəə dövriyyəsini ümumplanet müstəvisinə çıxarmışdır. Şərq ölkələrinin hər hansı birinin,məsələn, Birləşmiş Ərəb Əmirliklərinin mebel sənayesi məhsuluna Çin şirkəti vasitəsilə Rusiya bankındakı depozitimizdən istifadə edərək sahiblənə bilirik. Yaxud Hollivud filmini Avropa ölkələrinin televiziya kanallarından birində izləmək imkanı inteqrasiyanın geniş imkanlarından xəbər vermirmi?!

Yaşadığımız dövrdə ölkələr arasında qloballaşma siyasətinin siyasi,iqtisadi,sosial və mədəni aspektləri aydın bir xətt kimi ayrılır.Heç şübhəsiz ki, bunların üçərisində iqtisadi qloballaşma aparıcı rola malikdir. Ötən əsrin 90-cı illərindən siyasi və iqtisadi müstəqilliyini elan etmiş postsovet ölkələri üçün bu qarşısıalınmaz prosesin uğurlu iştirakçısı olmaq həyati əhəmiyyət daşıyır.

Bu baxımdan ötən 30 il ərzində Azərbaycan Respublikası dünyada baş verən iqtisadi kataklizmalara, maliyyə böhranına, son dövrdə tüğyan edən pandemiyaya rəğmən iqtisadiyyatın dinamik inkişafıına nail olmuş və dünyanın aparıcı ölkələri ilə möhkəm iqtisadi, sosial və mədəni əlaqələr qurmuşdur. Bunu da qeyd etmək önəmlidir ki, hələ respublikaya rəhbərliyinin ilk illərində Ümummilli liderin işgüzar məqsədli ölkələr üçün Azərbaycanı “açıq qapı”elan etdiyi vaxtdan əsas diqqət xarici sərmayədarların təhlükəsizliyi, onların mülkiyyətinin qorunması, sağlam biznes mühitinin yaradılmasına verilmişdir. Bu məqsədlə o illərdə “İnvestisiya fəaliyyəti haqqında”, Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” bir sıra mühüm qanunlar qəbul edilmişdir. Məhz buna görə də əcnəbi iş adamları, hökumət dairələri ölkəmizin iqtisadi inkişafına töhfə verməyə həvəslə can atırlar.

Azərbaycana birbaşa xarici investisiya axını əsasən 1995-ci ildən başlayır. 1995-2021-ci illər aralığında ölkəmizə daxil olan yatırımın həcmi 150 ABŞ dolları ötür civarındadır. Daxil olmuş kapitalın təqribən 33,3 %-i Fransanın,26,8 %-i Türkiyənin, 13,9%-i Yaponiyanın, 9,5 %-i ABŞ-ın, 5,8 %-i Böyük Britaniyanın və başqa ölkələrin payına düşür.Onu da qeyd edək ki, yatırım edilməsi əcnəbi

sərmayədarları getdikcə daha çox cəlb etməkdədir. Əlbəttə, burada belə bir təəssüf ediləsi məqam var ki, investisiyaların daha çox hissəsi neft-qaz sektorunun inkişafı üçün ayrılır. Cənab prezident İ.Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunaraq, qeyri-neft sektoruna investisiya, o cümlədən xarici invesitisiyanın yönəldilməsinin artırılması zəruriliyini vurğulamışdır. Bəli, bu bir həqiqətdir ki, bu günədək Azərbaycana gələn investorların bütövlükdə sərmayə maliyyəsinin 15%-i qeyri-neft sahələrini əhatə edir. Lakin neft ölkəsi olaraq və neft sənayesinin daha çox kapital tələb etdiyini nəzərə alsaq, məsələyə aydınlıq gətirmiş olarıq.

Bu günlərdə təməli qoyulan mühüm layihə-“Xızı-Abşeron”Külək Elektrik Stansiyasının inşasına başlanılması ölkəmizə xeyirli,xoşməramlı investisiyanın gətirilməsi sahəsində növbəti uğurlu addımdır.

Təxminən bir il bundan əvvəl Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə ölkəmizin energetika nazirliyi arasında əldə edilən razılaşmaya görə inşası planlaçdırılan bu stansiya alternativ enerji resursları sahəsində çox mühüm nailiyyət olacaqdır.

Təməlqoyma münasibətilə Gülüstan sarayında verilən rəsmi ziyafətə dəvət edilən icraçı tərəfin qonaqları qarşısında çıxış edən dövlət başçısı Səudiyyə Ərəbistanının Qarabağ münaqişəsində ədalət tərəfdarı olduğunu və Azərbaycanın suveren hüquqlarını pozduğu üçün erməni hökumətini tanımadığını vurğulayaraq, ölkələrimiz arasında mehriban münasibətlərin qısa tarixçəsini qeyd etdi. O da önəmlidir ki, adı çəkilən şirkət indiyədək bütövlükdə 42 min meqavat gücə malik elektrik stansiyaları layihələrini reallaşdırmışdır. Bu isə şirkətin kifayət qədər təcrübəyə malik olduğunu sübuta yetirir.

Çıxışın məzmunundan Azərbaycanda əlverişli biznes mühitinin formalaşdığına, əcnəbi sərmayəçilərin işgüzar fəaliyyəti üçün sağlam rəqabət şəraitinin ərsəyə gəlməsinə əminlik ifadə olunur: “Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq.”

Tarixdə centlmen sazişləri kimi tanıdığımız şifahi razılıqlar olmuşdur ki, müəyyən dönəmdə dövlətlərarası münasibətlərin nizamlanmasında önəmli faktor rolunda çıxış etmişdir. Sadəcə gərək sözü bütöv olmağı bacarasan. Və biz inanırıq ki, sözümüzlə əməlimiz üst-üstə düşdüyü üçün hələ neçə belə layihələrin həta keçirilməsinə şahidlik edəcəyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi