xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Elçin Tağızadə vəzifəsini şərəflə yerinə yetirir

26-10-2021, 12:05 309 dəfə baxılıb

Elçin Tağızadə vəzifəsini şərəflə yerinə yetirir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elçin Tağızadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadədir.

9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Tağızadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Tağızadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Tağızadədən danışdılar yaxşı ki, Elçin Tağızadə 9 saylı Xəzinədarlıq İdarəsinin rəisidir… Elçin Tağızadə öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Tağızadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elçin Tağızadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Tağızadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Tağızadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Tağızadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Tağızadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Tağızadə özünü doğruldub. Bizdə hörmətli Elçin Tağızadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadə - Bu gün müharibədən cəmi 11 ay keçməsinə baxmayaraq, çox böyük işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Füzuli havalimanının inşası, Zəfər yolunun tikintisi, ağıllı kənd lahiyələrinin həyata keçirilməsi bunlardan bir neçəsidir.

Hazırda azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Tərəflər arasında ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyannamə nəticəsində hərbi əməliyyatlara son qoyulub. Buna baxmayaraq, azərbaycanlı mülki vətəndaşlar hələ də həlak olur. Mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunan ölkə başçısı bildirdi ki, -“bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır”. Bu gün Qarabağda nə qədər minanın basdırıldığı məlum deyil. Tərəflər arasında üçtərəfli bəyannamənin imzalanmasından keçən dövrdə bölgədə 150 mülki şəxs həyatını itirib. Bu şəxslərin əksəriyyəti öz doğma ev-eşiklərinin vəziyyətini görmək arzusu ilə doğma torpaqlarına səfər edən insanlardır. Belə insidentlər sülhə ən ciddi əngəldir. Tərəflər tədricən etimadın gücləndirilməsi üçün addımlar atarsa, bu, əməkdaşlıq üçün zəmin yaradacaq.

Azərbaycanla Ermənistanı birləşdirən dəmir və avtomobil yolunun – Zəngəzur dəhlizinin açılması bu iki ölkə, həm də region dövlətləri üçün yeni iqtisadi imkanlar yaradacaq. Ermənistandan keçən yolun açılması ilə Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasının tədrici başa çatacaq. Bu halda Ermənistan Azərbaycan vasitəsi ilə quru yolla Moskva və digər paytaxtarla əlaqə yaradacaq. Bu hər iki Qafqaz ölkəsinin daha təhlükəsiz şəraitdə inkişaf etməyinə imkan verəcək.

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütovlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarınıın müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Prezident İlham Əliyev bu şansı əldən verməyin Ermənistan rəhbərliyi üçün böyük səhv olacağını bildirmişdir.

30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir.

Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi