xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rafiq Aslanov - Dəyərlərə sadiq qalmaq

13-09-2021, 11:39 170 dəfə baxılıb

Rafiq Aslanov - Dəyərlərə sadiq qalmaq


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - sədr müavini, xeyriyyəçi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Rafiq Aslanovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Rafiq Aslanovun səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov - Möhtərəm prezidentimizin xalqına sevgisi və etibarlılığı qələbə çalacağımıza inanımızı artırmışdır. 44 günlük müharibədə ordumuzun cəsarətli əks-hücumunun, prezidentimizin siyasi arenada ötkəm və qalib addımları, xalqımızın birliyinin şahidi olduq.Hərb meydanında şanlı ordumuz hər qarış torpaqda canlarından keçərək torpaqlarımızı düşməndən təmizlədilər.Hər açılan səhəri səbirsizliklə gözləyirdik.Arxa cəbhədə də əsl mübarizə gedirdi.İgid övladlarımız cəbhəyə getmək üçün günlərlə hərbi komissarlığın qarşısında növbə gözləyirdi.Xəstəxanalara yaralıları daşımaq ən vacib ehtiyaclarını ödəməkdən zövq alırdılar.Xalqımız yəqin ki, dünyada yeganə xalqdır ki, müharibənin başlamasına sevinirdi.Çünki biz bu günü düz 30 il gözləmişdik.Dədə -baba torpaqlarımızı azad etmək, bizə məxsus olanları özümüzə qaytarmaq üçün igid oğul və qızlarımız canlarından keçdilər.Müharibə xalqımızın qələbəsi ilə 10 noyabr 2020-ci ildə başa çatdı.Bəli. biz qalib gəldik.Qələbənin böyüklüyünü, möhtəşəmliliyini sözlə ifadaə etmək çox çətindir.Çünki şəhidlərimizin axan qanları torpaqlarımızı daha da müqəddəs etdi.

Dövlətimizin rəhbəri Cənab Prezident İlham Əliyev şəhid və qazi ailələrinə, müharibə ailələrinə ,Vətən müharibəsi qəhrəmanlarına diqqət və qayğını şəxsən öz nəzarətində saxlayır.Müharibədən sonra yüzlərlə şəhid və qazi ailələrinə, müharibə iştirakçısı ailələrinə, Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillər təqdim olunmuş və qazilərimiz həm ölkıdaxilində, həm də xarici ölkələrdə müalicə almışdır.Həbiçilər ,qazilər və şahid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar

Növbəti qayğı 26 avqust 2021-ci il tarixdə həyata keçirildi.

Bu dəfə şəhid ailələrinə müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşıımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbiçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğının bundan sonra da davam etdirəcəyini vurğulamışdır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Biz birlikdə qalib gəlmişik, deməli, birlikdə də yaralarımızı sağaldacağıq.

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Biz birlikdə qalib gəlmişik deməli birlikdə də yaralarımızı sağaldacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi