xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər

3-09-2019, 10:02 98 dəfə baxılıb

Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər

Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda britaniyalı dietoloq Emma Derbişirin “BMJ Nutrition” nəşrində dərc olunmuş məqaləsində deyilir.

Məqalənin müəllifi bildirib ki, heyvan mənşəli qidadan imtina etmək xolin çatışmazlığına səbəb olur. Qeyd edək ki, xolin baş beyinin inkişafı üçün lazımdır və adətən ətdə, yumurtada və süddə onun miqdarı çox olur.

Derbişir qeyd edir ki, xolin dölün baş və onurğa beyin strukturunun düzgün formalaşması üçün vacibdir və hamiləlik zamanı onun çatışmazlığı körpənin sinir borusunda qüsurların yaranmasına səbəb olur.

Keçən ilin dekabrında Deyvis Kaliforniya Universitetinin professoru Frenk Mitloner bildirib ki, ətdən kütləvi şəkildə imtina etmək ətraf mühitə təsiri azaltmayacaq və əksinə, bu təsiri daha da artıracaq.

2016-cı ilin martında Kornel Universitetinin bioloqları “Molecular Biology and Evolution” jurnalında dərc olunmuş məqalələrində vegetarian dietasının mənfi nəticələrindən yazıblar. Onlar qeyd ediblər ki, bu dietaya riayət edən insanlarda qalın bağırsaq xərçənginin və ürək-damar sisteminin xəstəlikləri riski yüksək olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi