xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Gicitkən nə ilə faydalıdır? - Babasil, diabet, prostatit...

9-05-2019, 08:00 224 dəfə baxılıb

Gicitkən nə ilə faydalıdır? - Babasil, diabet, prostatit...



Gicitkən A, E, C, K vitaminləri, dəmir, maqnezium, mis, kalsium mineralları, flavonoidlər, orqanik turşular, fitonsidlər, xlorofill, qlikozid və s. faydalı maddələrlə zəngindir.

BEŞ.AZ saglamolun.az-a istinadən bildirir ki, gicitkən orqanizmi möhkəmləndirir, onu lazım olan vitaminlərlə təmin edir, vitamin çatışmazlığı zamanı faydalıdır.

Gicitkən orqanizmdə gedən mübadilə prosesləri və immun sistemini stimullaşdırır, xroniki xəstəliklər zamanı orqanizmin müdafiəsini gücləndirir.

Gicitkəndə olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir.

Gicitkən qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkən ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Gicitkən qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstələri üçün faydalıdır.

Babasil zamanı gicitkən dəmləməsi ilə oturaq vannaları çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Gicitkən kişilərdə prostat vəzinin toxumasını bərpa etmək, cinsi meyli artırmaq xüsusiyyətlərə malikdir.

Gicitkən saçlara çox yaxşı təsir edir, saçlara parlaqlıq verir, kəpəyi aradan qaldırır.

Tromboflebit, yüksək təzyiq, qatı qan, hamiləlik zamanı gicitkən əks göstəriş sayılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi