xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR

14-05-2019, 17:54 115 dəfə baxılıb

Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR


Doğru şəraitdə saxlanılmayan kartof cücərmiş formada yeyilərsə, insanı zəhərləyə bilər.

Beş.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər kartof yedikdən sonra ürəkbulanma, boğazda yanğı və baş ağrısı kimi problemlər yaranan zaman həkimə müraciət etməyi qətiyyətlə tövsiyə edir.

Toxluq hissi verməkdə vazkeçilməz olan kartof C və B vitaminləri, kalium mineralı ilə zəngindir. Lakin onun faydaları qədər düzgün istifadə olunmadıqda zərərli cəhətləri də var. Bitkilər göbələk və həşərat kimi faktorlardan özlərini müdafiə etmək üçün toksiki maddələr istehsal edir. Məhsulların saxlandığı anbarın temperaturu, daşınma zamanı mexaniki zədə almaq, zərərli böcəklər bu toksiki maddələrin çoxalmasına səbəb olur və insanın həyatını təhlükəyə atar. Kartofon tərkibində sözügedən zərərli maddə kateqoriyasına daxil olan "solanin" mövcuddur.

Günəşin altında və ya nəm yerdə saxlanılan kartofda bu maddənin miqdarı artır. Solaninin artması xlorofil sintezini işə salır və beləliklə, kartofun rəngi sarıdan yaşıla çevrilir. Yaşıllanmaqla bərabər, zəhərlənmə təsiri də yaranır.

Buna görə də yaşıllaşmış kartofdan imtina edilməli və məhsul quru, işıq olmayan yerdə saxlanılmalıdır.

"Solanin" zəhərlənməsinin simptomları ürəkbulanma, qusma, izhal, mədədə ağrı, boğaz yanması və baş ağrısıdır. Ciddi zəhərlənmələr hətta ölümlə nəticələnə bilər.

Ramazan ayında isə həftə ərzində 3-4 dəfə olmaqla, kartofdan istifadə məsləhət görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi