xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Tahir Yusifov: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !

11-11-2020, 12:17 192 dəfə baxılıb

Tahir Yusifov: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !


Əsrarəngiz təbiətə malik olan Salyan ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Salyannın simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Salyan Suvarma Sistemləri İdarəsinin təcrübəli rəisi Tahir Yusifov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.
Suvarmaya olan indiki tələbat Sovet dövründəkindən köklü şəkildə fərqlənir. Aqrar sahənin perspektiv inkişafında bu fərqlənmə nəzərə alınmalıdır. Kollektiv təsərrüfat dövründə torpağın bir hissəsi dincə qoyulur, digər hissəsində əkin aparılır, fəslin müəyyən aylarında ümumiyyətlə, suvarmaya ehtiyac yaranmırdı. İndi isə vəziyyət dəyişib. Əkin sahələri pay torpağı kimi fermerlərə paylanıb. Öz torpağında fermer öz ailə ehtiyaclarına lazım olan mümkün sayda çox növdə bitkilər əkib becərir. Belə olduqda əkin sahəsində ilboyu suvarma suyuna ehtiyac yaranır. Bu isə meliorasiya və suvarma sistemində müəyyən gərginlik yaradır. Əlavə vəsait sərf olunur, əldə olunan məhsulun maya dəyəri baha başa gəlir. Gələcəkdə bütün təsərrüfatlarda əkin fikrimcə müəyyən sistem şəklində, planlı, aqronom məsləhəti ilə aparılsa, daha məqsədəuyğun olar. Buna baxmayaraq, biz, bütün imkanlardan istifadə edib fermerlərin ilboyu suvarma suyuna olan tələbatını lazımınca ödəyirik. İşçilərimiz daima sahələrdə olur, fermerlərin yüksək məhsul əldə etmələri üçün öz tövsiyyələrini verirlər. Salyan rayon İcra Hakimiyyətinin və Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Kollektivimiz bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsinə nail olmaq əzmindədir.

Tahir Yusifov: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !


Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov - Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun əmrinə tabe olaraq Şanlı Ordumuz, şücaətli, qorxmaz əsgərlərimizin canı bahasına torpaqlarımız azad etdilər və bayrağımız Qarabağda dalğalandırılır. Xalq Sizinlədir, Ali Baş Komandan ! ALLAH Sizi və Şanlı Azərbaycan Ordusunu qorusun ! Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !

Tahir Yusifov: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !


Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi