Tahir Yusifov: Suvarmaya olan indiki tələbat Sovet dövründəkindən köklü şəkildə fərqlənir
26-08-2020, 11:53
1 119 dəfə baxılıb
Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov - Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi
Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı tempinə və digər müsbət məsələlərdə dünya praktikasından yararlanmaqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə özünü ən yeni səviyyəyə çıxarmışdır . Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə dünya dövlətləri arasında ön sıralardadır.
Aparılan demokratik islahatlar, insan haqlarının daim ön planda saxlanılması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir. Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur.
Ölkədə təhsil, səhiyyə və digər sahələrdə də böyük işlər görülmüşdür. Xarici siyasət sahəsində atılan uğurlu addımlar sayəsində Azərbaycanın beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmişdir. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə səbəb olmuşdur. Elə buna görə də postsovet məkanında Azərbaycan xalq tərəfindən hakimiyyətin siyasətinin dəstəklənməsinə görə lider mövqedən çıxış edir və bunu nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmalar da təsdiq edir.
Əsrarəngiz təbiətə malik olan Salyan ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Salyannın simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Salyan camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Sevindik Hətəmovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü bir çox kəndlərdə təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Sevindik Hətəmov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.
Ölkə başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, neft amilindən asılılığının aradan götürülməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetrir.
Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Salyan Suvarma Sistemləri İdarəsinin təcrübəli rəisi Tahir Yusifov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.
Aqrar sahə ilə yanaşı meliorasiya və su təsərrüfatı kompleksində də islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respuklikasının Qanunu bu işi daha da stimullaşdırdı. Bu vacib sahəyə diqqət və qayğı əhəmiyyətli dərəcədə artırıldı. Aqrar sahədə aparılan islihatlarla paralel meliorasiya və su təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı. Bu gün ölkəmizdə bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyəta keçirilir. Artıq meliorasiya və su təsərrüfatı kompleksi öz uğurlu inkişafının ən yüksək mərhələsini yaşayır. Bu gün ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz bu baxımdan bu çətin və şərəfli vəzifə bizim üzərimizə düşür. Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir.
Hazıırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bunun da uğurlu həlli üçün idarəmizin kollektivimiz gecə-gündüz sahələrdə çalışır, suvarmanın mütəşəkkil aparılmasına öz töhfələrini verirlər. Qabaqcıl aqrar rayonlardan olan Salyan rayonunda da suvarmanı tələb olunan səviyyədə həyata keçirmək məqsədilə Salyan Suvarma Sistemləri İdarəsində əkin sahələrinin suvarılması nəzərdə tutulan tədbirlər planına uyğun uğurla yerinə yetirilir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə, su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, diğər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülmüşdür. İdarəmizin balansinda olan HTQ, hidropostlar və eyni zamanda nasos stansiyaları və ümumiyyətlə bütün avadanlıqlar təmir olunaraq tam işlək vəziyyətdə gətirilib. Mövcud su mənbələri istehlakçıların suvarma və komunal-texniki suya olan təlabatını tam ödəyir. Əkin sahəlrini vaxtında və səmərəli suvarma suyu ilə təmin etmək üçün işçilərimiz sahələrdə olur, suyun itkisiz təminatı üçün səylə çalışırlar. Habelə ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları əsasında aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri hətta gecə saatlarında da çalışmalı olurlar. Aqrar sahənin inkişafı, heç şübhəsizdir ki, toropaqların meliorativ qaydada əkinə yararlı hala gətirilməsindən, normal suvarma suyu ilə təminatından asılıdır. Bu həyat əhəmiyyətli işlərdə şoranlaşan torpaqlarda meliorativ işlərin aparılması, sututarların, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən hifz olunması vacib şərtdir. Əkinin mütəxəssis məsləhəti ilə aparılması fermerlərə öz işlərini daha yaxşı qurmaqda kömək etmiş olar.Hər dövrün oz tələbi var.
Suvarmaya olan indiki tələbat Sovet dövründəkindən köklü şəkildə fərqlənir. Aqrar sahənin perspektiv inkişafında bu fərqlənmə nəzərə alınmalıdır. Kollektiv təsərrüfat dövründə torpağın bir hissəsi dincə qoyulur, digər hissəsində əkin aparılır, fəslin müəyyən aylarında ümumiyyətlə, suvarmaya ehtiyac yaranmırdı. İndi isə vəziyyət dəyişib. Əkin sahələri pay torpağı kimi fermerlərə paylanıb. Öz torpağında fermer öz ailə ehtiyaclarına lazım olan mümkün sayda çox növdə bitkilər əkib becərir. Belə olduqda əkin sahəsində ilboyu suvarma suyuna ehtiyac yaranır. Bu isə meliorasiya və suvarma sistemində müəyyən gərginlik yaradır. Əlavə vəsait sərf olunur, əldə olunan məhsulun maya dəyəri baha başa gəlir. Gələcəkdə bütün təsərrüfatlarda əkin fikrimcə müəyyən sistem şəklində, planlı, aqronom məsləhəti ilə aparılsa, daha məqsədəuyğun olar. Buna baxmayaraq, biz, bütün imkanlardan istifadə edib fermerlərin ilboyu suvarma suyuna olan tələbatını lazımınca ödəyirik. İşçilərimiz daima sahələrdə olur, fermerlərin yüksək məhsul əldə etmələri üçün öz tövsiyyələrini verirlər. Salyan rayon İcra Hakimiyyətinin və Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Kollektivimiz bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsinə nail olmaq əzmindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR