xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Hacı Salayevin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

28-12-2019, 23:53 71 dəfə baxılıb

Hacı Salayevin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki


Əziz həmvətənlərim!

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, bütün həmvətənlərimə sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma vətənimin inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.
Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” elan olunmuşdur.
Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi, onların əlaqələndirmə şurasının yaradılması, xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsinin təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bilavasitə həyata keçirilmişdir. "Harada yaşamasından aslı olmayaraq hər bir Azərbaycanlının bir vətəni var - Azərbaycan Respublikası". Bu müdrik kəlam da Heydər Əliyevə məxsusdur.
Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Yola saldığımız hər bir il kimi 2019-cu il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olmuşdur.
2019-cu ildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli və ardıcıl tədbirlər davam etdirilmiş, enerji ehtiyatlarımızın dünya bazarlarına çıxarılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində aparılan işlər gücləndirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmışdır.
Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış, Azərbaycan kosmik ölkələr arasında öz yerini möhkəmləndirmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər görülmüş, ordumuz dünyanın güclü ordularının siyahısına daxil edilmişdir.
2019-cu il ölkənin mədəni-ictimai həyatında da bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq respublikada, eləcə də dünya miqyasında çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatlar müvəffəqiyyətlə həyata keçirilir. Struktur islahatları da məhz bu islahatların davamıdır. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi