xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Vasif Əmirov: Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab verəcək

15-10-2020, 12:06 333 dəfə baxılıb

Vasif Əmirov: Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab verəcək


Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov - Bu gün Azərbaycan xalqı Möhtərəm cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə Başçısı xüsusi ilə vurğulamışdır ki, “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”.
Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir.
Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına bir daha nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır.

Vasif Əmirov: Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab verəcək


Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib və onların müstəqil Ermənistan dövləti var.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.

Vasif Əmirov: Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab verəcək


Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.
Dünya birliyi Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxması və Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar.
Bir Azərbaycan vətəndaşı olaraq istəyirəm ki, Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab versin. Dünya ictimaiyyəti Ermənistan hökumətinin əsl üzünü tanımalı, onların əməlləri dünya ictimaiyyəti qarşısında qiymətləndirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi