xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Xudayar Rəhimov: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir

13-10-2020, 11:03 247 dəfə baxılıb

Xudayar Rəhimov: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir


"Azəravtoyol" ASC-nin “46 №-li Yol İstismarı” MMC - nin rəisi Xudayar Rəhimov - Bu gün Azərbaycan xalqı Möhtərəm cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə Başçısı xüsusi ilə vurğulamışdır ki, “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”.
Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir.
Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına bir daha nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır.

Xudayar Rəhimov: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir


Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib və onların müstəqil Ermənistan dövləti var.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.

Xudayar Rəhimov: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir


Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.
Dünya birliyi Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxması və Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar.
Bir Azərbaycan vətəndaşı olaraq istəyirəm ki, Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab versin. Dünya ictimaiyyəti Ermənistan hökumətinin əsl üzünü tanımalı, onların əməlləri dünya ictimaiyyəti qarşısında qiymətləndirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi