Milli Məclisin deputatı Elnur Allahverdiyev - Bu gün Azərbaycan xalqı Möhtərəm cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə Başçısı xüsusi ilə vurğulamışdır ki, “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”.
Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir.
Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına bir daha nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır.
Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib və onların müstəqil Ermənistan dövləti var.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.
Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.
Dünya birliyi Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxması və Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar.
Bir Azərbaycan vətəndaşı olaraq istəyirəm ki, Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab versin. Dünya ictimaiyyəti Ermənistan hökumətinin əsl üzünü tanımalı, onların əməlləri dünya ictimaiyyəti qarşısında qiymətləndirilməlidir.Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisin deputatı Elnur Allahverdiyevdir.
Milli Məclisin deputatı Elnur Allahverdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elnur Allahverdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elnur Allahverdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Elnur Allahverdiyevdən danışdılar yaxşı ki, Elnur Allahverdiyev Milli Məclisin deputatıdır… Elnur Allahverdiyev öz isguzarlığı ilə tanınır və seçilir….
Elnur Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Prezident İlham Əliyevdən nümunə götürən Elnur Allahverdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Elnur Allahverdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Elnur Allahverdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Milli Məclisin deputatı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Elnur Allahverdiyev özünü doğruldub. Bizdə hörmətli Elnur Allahverdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.