xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:53 – İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - YENİLƏNİB 
  • 09:17 – "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" 
  • 09:00 – Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - YENİLƏNİB 
  • 17:42 – İlham Əliyev Çin Sədrinə başsağlığı verdi 

Kərim Tahirov: İnkişafa aparan yol

25-12-2024, 10:35 3 dəfə baxılıb

Kərim Tahirov: İnkişafa aparan yol


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkəmizin ən qədim və əhəmiyyətli mədəniyyət ocaqlarından biridir. Bu möhtəşəm irsi qoruyan və inkişaf etdirən şəxsiyyətlərdən biri də kitabxananın direktoru, professor Kərim Tahirovdur. O, yalnız kitabxana rəhbəri deyil, həm də ölkəmizin mədəniyyət sahəsində böyük töhfələr verən nüfuzlu ziyalılarındandır.

Kərim Tahirov Azərbaycan kitabxana sisteminin modernləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi və kitabxanaçılıq sahəsində beynəlxalq standartların ölkəmizdə təşviqi üçün yorulmadan çalışır. Onun rəhbərliyi ilə Azərbaycan Milli Kitabxanası regionun aparıcı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Kitabxanada həyata keçirilən müasir layihələr, xüsusən elektron kitabxana sisteminin qurulması və kitabların rəqəmsallaşdırılması istiqamətində görülən işlər oxuculara dünya standartlarına uyğun xidmət göstərilməsinə şərait yaradıb.

Professor Tahirov kitabxananın beynəlxalq arenada tanıdılması üçün də böyük səylər göstərir. Azərbaycan Milli Kitabxanası, onun təşəbbüsləri sayəsində, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, dünya kitabxanalarının təcrübəsini ölkəmizə gətirir və eyni zamanda Azərbaycan ədəbiyyatını və mədəniyyətini dünyaya tanıdır.

Onun təşəbbüsü ilə təşkil olunan elmi konfranslar, sərgilər və mədəniyyət tədbirləri Azərbaycan kitabxana işinin inkişafına və oxucuların maraqlarının artırılmasına xidmət edir. Xüsusilə gənclərin kitab oxumağa təşviq olunması üçün həyata keçirilən layihələr onun gələcək nəsillərə böyük qayğısının göstəricisidir.

Kərim Tahirovun fəaliyyəti yalnız idarəçiliklə məhdudlaşmır. O, həm də bir alim olaraq, kitabxanaşünaslıq və mədəniyyət sahəsində bir çox elmi əsərlərin müəllifidir. Onun əsərləri müasir kitabxana işinin nəzəri və praktiki problemlərinin həllinə böyük töhfə verir.

Azərbaycan Milli Kitabxanasına rəhbərlik etdiyi dövrdə Kərim Tahirov həm də milli-mədəni dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görmüşdür. O, kitabxananı sadəcə bir oxu zalı deyil, həm də mədəniyyətin, biliklərin və innovasiyaların mərkəzinə çevirmişdir.

Belə bir ziyalı rəhbərə malik olmaq Azərbaycanın mədəniyyət sahəsi üçün böyük şansdır. Professor Kərim Tahirova, həm kitabxanaçılıq sahəsində, həm də mədəniyyətimizin inkişafında göstərdiyi misilsiz xidmətlərə görə dərin təşəkkürümüzü bildirir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Prezident İlham Əliyev də adını dünya tarixinə qalib lider kimi yazan şəxsiyyətlər sırasındadır. Vaxtı ilə zəmanəmizin dahi şəxsiyyəti Ümummilli Lider Heydər Əliyev deyirdi ki: “Mən özümə inandığım qədər ona da inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Qarabağı bizə qaytaran, Azərbaycan xalqını qalibə çevirən Müzəffər Ali Baş Komandan öz ölkəsinin hər bir vətəndaşının qəlbini fəth etməyi bacaran nadir dünya liderlərindən biridir. O, Ulu Öndərimizin arzusunu və vəsiyyətini həyata keçirərək, 21 ildir ki, Azərbaycanı qurtuluş və tərəqqi yolu ilə qətiyyətlə aparır. Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna səs verərək müdrik seçim etdi. Xalqın öz qərarında yanılmadığını hər il təsdiqləyən İlham Əliyev 21 il ərzində Azərbaycanın nüfuzunu təkcə regionda deyil, dünyada yüksəldə bildi. Hansı sahəyə baxsaq orada inkişaf, nailiyyət görərik. Əldə olunan uğurlar sayəsində Azərbaycan güc mərkəzinə çevrilmişdir. Ömrünün mühüm hissəsini dövlətə, xalqa xidmətə həsr etmiş Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaq mümkün deyil. Ən əsası, onun ən böyük əməli prezidenti olduğu dövlətin qüdrətli olması və Azərbaycan xalqının qalib xalqa çevrilməsidir.

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”. Bəli, bu gün biz fəxr edirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehriban şəraitində yaşayırlar. Və əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Ulu Öndərin sözləri ilə desək: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Biz buna təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq.

33 illik müstəqillik tariximizin son 21 ili xüsusi ilə önəmlidir. Tarix üçün 21il çox qısadır, amma bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, bu müddət ərzində Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə "Eurovision" Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni, siyasi və idman tədbirləri keçirildi. COP29 isə - Azərbaycanın xarici siyasət arenasında növbəti uğurudur.

“Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də TANAP –ın istismara verilməsi, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Xüsusilə bu il orbitə çıxarılmış "Azerspace-2" peykini qeyd etmək istərdim, bu sayca 3-cü peykdir. Peyk xidmətləri həm də ölkə iqtisadiyyatına da gəlir gətirir.

21 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyirdi ki, " Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi.

“İnkişaf edən Azərbaycan gücümüzün əsas mənbəyidir, şanlı Qələbə bizim tarixi nailiyyətimizdir”, - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qələbə günü münasibətilə xalqa müraciətində əslində həqiqəti söylədi. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası kimi mühüm ümummilli vəzifələrin həyata keçirilməsini təmin edən ən mühüm komponentlərdən biridir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında deyirdi ki, “İşğal zamanı bəziləri, xüsusən də bəzi xarici dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil başqa cür tərbiyə olunacaq. Ancaq onlar bir şeyi başa düşə bilmədilər: Azərbaycan xalqı öz doğma torpağını nə qədər sevir, biz öz doğma yurdumuza nə qədər bağlıyıq”. Bəli, bu, erməni işğalçılarının və onların havadarlarının zamanın onların xeyrinə işlədiyi vaxt və azərbaycanlıların öz torpaqlarının itirilməsi ilə barışdıqlarına ümid edərək nəzərə almadıqları bir məsələ idi. Azərbaycan xalqı bir an belə torpaqlarının 20%-nin erməni işğalında olduğunu, unutmadı və böyüyən nəsil də bunu unutmadı. Çünki bu işğal milliyyətindən, dini etiqadından asılı olmayaraq hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan vətəndaşına təsir etmişdi. Ailələrimizdə böyüyən hər bir gənc vətənpərvər ruhda tərbiyə alırdı. Və biz bunu Vətən müharibəsində , anti - terror əməliyyatında gördük. Prezident İlham Əliyev hər dəfə vətəndaşlarımızla görüşəndə vurğulayır ki, “Övladlarınıza qayğı göstərin, onlara təhsil verin, vətənə sadiq vətənpərvər kimi yetişsinlər, qəhrəmanlarımız kimi olsunlar, şöhrətimizi göylərə ucaltsınlar”. Bu, onun Azərbaycan vətəndaşlarının gələcək nəsillərinə əsas siyasi nəsihəti idi.

Ölkəmiz bütün dünyaya sübut etdi ki, tarixi məqsədlərə çatmaq üçün heç bir maneə yoxdur. İndi bizim tarixi məqsədimiz Cənubi Qafqaz regionunda ədalətli və uzunmüddətli sülhün bərqərar olmasıdır. Bu isə o zaman mümkün olacaq ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirsin. Bu gün dünya ölkələri Azərbaycanı yalnız iqtisadi müstəqilliyinə görə deyil, həm də qlobal sülhün və təhlükəsizliyin təminatçısı kimi tanıyır.

Cənab İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir. Strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik ölkə yaratmaqdan ibarətdir. Və gözlərimizin önündə belə bir ölkə yaranır. Hamımız bu tarixi hadisənin canlı şahidləriyik. Azərbaycanın gələcəyi, şübhəsiz ki, İlham Əliyevin əzmi, rəhbərliyi və müdrik siyasəti ilə davam edəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi