xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ

Bugün, 13:22 2 dəfə baxılıb

İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ


Himalay Məmişov: 2030-cu ilə olan hədəf “Növbəti ilin dövlət büdcəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 17,1 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 1,7 faiz bəndi daha azdır. Ortamüddətli dövrdə, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə salınması əsas hədəflərimizdəndir”.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“İcmal büdcədə qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 1,5 faiz bəndi çox olmaqla, 64,5 faizə çatacaq ki, bu, neftdən asılılığın azalmasının əsas göstəricilərindəndir. Ortamüddətli dövrün sonuna isə bu göstəricinin 70,4 faizə çatdırılması nəzərdə tutulur”.

“Digər tərəfdən növbəti ilin büdcəsi investisiya yönümlülüyü ilə də fərqlənir. Belə ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 32,5 faizə çatacaq ki, bu da region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi