xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Azərbaycandan bu məhsulların ixracı kəskin artdı

Bugün, 11:14 2 dəfə baxılıb

Azərbaycandan bu məhsulların ixracı kəskin artdı


2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin noyabr sayında qeyd olunub.

İcmala əsasən, cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin oktyabr ayına nisbətən 23% artıb və 414,2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə yeyinti məhsullarının ixracının dəyəri 115,2 milyon ABŞ dolları olub. Qeyri-yeyinti məhsulları üzrə ixrac isə 29,9% artımla 280,7 milyon ABŞ dollarına yüksəlib.

Cari ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (137,6%), alüminium və ondan hazırlanan məmulatların ixracı 39,2%, qara metallardan hazırlanan məmulatların ixracı 34%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27,1%, mis və ondan hazırlanan məmulatların ixracı 24,9%, üzvi kimyəvi birləşmələrin ixracı 16,1%, pambığın ixracı 14,2%, tərəvəzlərin ixracı 11,6%, qəhvə və çayın ixracı 10,9%, yeməli meyvələrin ixracı isə 6,7% artıb.

2026-cı ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 12,7% artaraq 866,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsulları üzrə ixrac isə 28,8% artımla 334,9 milyon ABŞ dollarına çatıb. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 16,7% artaraq 1,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi