xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi

Bugün, 10:39 0 dəfə baxılıb

Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi


Ali Məhkəmənin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə baxılıb.

Bu barədə qurumdan məlumat verilib.

İşin hallarına əsasən, müvafiq inzibati orqan ilə vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqaviləyə əsasən, ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib.

Lakin 2025-ci il fevralın 19-da aparılmış monitorinq zamanı həmin avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən inzibati orqan məhkəməyə müraciət edib.

Bakı İnzibati Məhkəməsi inzibati orqanın iddiasını mümkün saymayaraq bildirib ki, əmlakın geri qaytarılması məsələsi məhkəməyə müraciət edilmədən, inzibati orqanın öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməsi yolu ilə həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. İlkin mərhələdə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, sonrakı mərhələdə isə həmin akt əsasında inzibati müqavilə bağlanılır.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.

Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir.

Beləliklə, Ali Məhkəmə özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi zamanı inzibati prosedurlara riayət olunmasının və inzibati orqanların öz səlahiyyətləri çərçivəsində qərar qəbul etməsinin vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi