xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 
  • 18:12 – İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq 
  • 18:07 – Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub 
  • 18:00 – İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib 

“Qax bələdiyyəsi vətəndaş müraciətlərini daim diqqətdə saxlayır və fəaliyyətində məhz sakinlər tərəfindən qaldırılan məsələlərin həliylə bağlı addımlar atır”

9-10-2024, 13:24 26 dəfə baxılıb

“Qax bələdiyyəsi vətəndaş müraciətlərini daim diqqətdə saxlayır və fəaliyyətində məhz sakinlər tərəfindən qaldırılan məsələlərin həliylə bağlı addımlar atır”



Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Eyvaz Orucovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Eyvaz Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ötən il ərzində Qax bələdiyyəsinə vətəndaşlar tərəfindən 310 ərizə daxil olub ki, onunda 61 maddi yardımla, 135 torpaq sahəsinin ayrılmasıyla, 36 ağackəsimi ilə, 78- i isə digər məsələlərlə bağlı olub. Demək olar ki, ay ərzində bələdiyyə rəsmiləri tərəfindən 55-60 nəfər qəbul olunur

Bu gün Qax rayon İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən əsaslı layihələrə əlavə olaraq Qax bələdiyyəsi də öz töhfəsini verməyə çalışır. Şəhərdə bələdiyyə tərəfindən həyata keçirilən layihələrə ötən il ərzində 21.172 manat ayrılıb.

Qax bələdiyyəsi olaraq iclasın qərarıyla əldə etdiyimiz maliyyə vəsaitinin 2.800 manatını qəbirstanlıqda təmir işlərinin aparılmasına, 2.152 manatını Qaxingiloy kənd qəbirstanlığının kənarına 70 metr uzunluğunda metal məhəcərin çəkilməsinə, 1.263 manatını bələdiyyənin mülkiyyətində olan “Nəsimi” bağında və İçəribazar turizm kompleksində aparılmış təmir işlərinə, 3.914 manatını “Heydər Əliyev parkı”nda yaşıllıqların və ağacların suvarılmasına, təmir və abadlıq işlərinin görülməsinə, 1200 manatını R. Behbudov və S.Məmmədov küçələrində yaşayan sakinlərinin əsas kanalizasiya xidməti xəttinə qoşulmasına, 2.195 manatını “Şəhər parkın”da söhbətgahların və şəhərin digər cari təmir işlərini yerinə yetirilməsi üçün materialın alınmasına, 462 manatını “Nizami” parkında təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün mal-materialın alınmasına, 2.881 manatını “Heydər Əliyev” parkında üç daş dairəvi oturacağının təmir işlərinə, 3.445 manatını isə şəhər parklarına lazımı avadanlıqların alınmasına və cari təmir işlərinə ayrılıb.

Bununla yanaşı Qax bələdiyyəsi ərazidə şəhid və qazi ailələrini də unutmur. Əldə olunan maliyyə vəsaitinin 2.865 manatını I və II Qarabağ şəhid və qazi ailələrinə, 4.325 manatını isə aztəminatlı ailələrə maddi yardım şəklində ayrılmışdır.

Sədr sonda qeyd edib ki, Qax bələdiyyəsi olaraq görülən işlərin maliyyə tərəfi və həcmi bizi hələ ki qane etmir. Odur ki, ilk növbədə bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsinə daim çalışır və yenilənmiş BAMS proqramının bizə verdiyi imkandan yararlanmağa çalışırıq.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov - “Xankəndidə Müzəffər Ali Baş Komandan tərəfindən Üçrəngli Azərbaycan Bayrağının ucaldılmasından bir il ötür. 2023-cü ildə şanlı ordumuzun 24 saatdan da az çəkən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf rayonların separatçılardan təmizlənməsi ilə 200 illik erməni xülyalarına, ərazi iddialarına son qoyuldu. Bütün dünyanı heyrətə gətirən Xankəndi əməliyyatı tarixi, siyasi və hüquqi nəzarətdən doğmaqla yanaşı, cənab İlham Əliyevin qətiyyətinin, şanlı ordumuzun gücünün nəticəsidir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyev Konstitusiya və Qurani-Kərimə əl basaraq and içmişdi ki, dövlətin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Deməli, Xankəndidə bayrağımızın ucaldılması dövlət başçısı İlham Əliyevin xalqa verdiyi vədinə sadiqliyinin təcəssümü idi. O, işğal altındakı torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır”.


Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı: “Siyasi-diplomatik və hərbi müstəvilərdə aparılan məqsədyönlü fəaliyyət öz müsbət nəticəsini göstərdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin əsas müəllifi məhz cənab İlham Əliyevdir. Onun düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində dövlət suverenliyimiz təmin edildi. Hesab edirəm ki, oktyabrın 15-də Xocalıda, Əsgəranda, Xankəndidə Azərbaycanın Üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir. Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımız, Xankəndi isə separatizmin körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son dərəcə həssas məkanlar olub. Xankəndidə bayraq ucaltmaqla möhtəşəm Qələbənin təntənəsini qeyd etdik. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasətinin başında çar və Sovet Rusiyası dayanıb. Amma etiraf edək ki, ermənilərin bizim ərazilərimizdə at oynatmasının bir günahı da deportasiyalar zamanı Azərbaycanın o zamanki siyasi rəhbərliyi olub. İrəvanın, Zəngəzurun Ermənistana verilməsi, 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ölkəmizə rəhbərlik edən siyasətçilərin qorxaq, yarıtmaz və dardüşücəli baxışları sayəsində mümkün oldu. Ermənilərə Qarabağda heç bir hüquqi əsas olmadan muxtariyyət verməklə böyük səhvə yol verildi. Ermənilərin məqsədyönlü planları 1988-ci ildə işə düşdü. Əminliklə demək olar ki, həmin dövrdə hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, Qarabağ probleminin qarşısı alnardı. Çünki Dahi Lider Sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağdakı millətçi qüvvələr baş qaldıra bilmirdilər. 1969-1982-ci illərdə Qarabağda heç bir xoşagəlməz hala rast gəlinmədi. Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. İki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsini qaldırdılar. Təəssüf ki, AXC-Müsavat hakimiyyəti erməni separatizminin nəinki kökünü kəsə bilmədi, hətta onların işğalçılıq fəaliyyətlərinin qarşısında geri çəkildilər. Rayonlarımız bir-bir işğal olundu, bir milyona yaxın vətəndaşımız yurd-yuvalarından didərgin düşdü. Yalnız Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra işğalın qarşısını almaq mümkün oldu. 1994-cü ilin yanvar ayında uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Amma nizami qoşun hissələri yaratmaq, Silahlı Qüvvələri yenidən qurmaq üçün sıfırdan başlamaq lazım idi. Ordu quruculuğu istiqamətində çox böyük işlər görüldü və nəticədə tarixi Zəfər əldə etdik”.

Torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli qürurumuzu özümüzə qaytardıq: “Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nadir dövlətlərdən biridir. Bu, məhz cənab İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı sayəsində mümkün oldu. Hərbçilərimizin qanı və canı bahasına əldə edilmiş Zəfər Azərbaycanın dünyada nüfuzunu qaldırdı. Ali Baş Komandan tərəfindən Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması son 200 illik tariximizin ən şərəfli səhifələrindəndir. Necə deyərlər, Xankəndində ilk dəfə yüksəldilən bayrağımız bir daha enməyəcək, əbədi dalğalanacaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi