xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Güloğlan Məmmədov: Şəhidlərimizi Hörmətlə anırıq, və şəhid ailələri daim diqqətimizdədir

1-10-2023, 23:38 65 dəfə baxılıb

Güloğlan Məmmədov: Şəhidlərimizi Hörmətlə anırıq, və şəhid ailələri daim diqqətimizdədir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Güloğlan Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Güloğlan Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Güloğlan Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Güloğlan Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Güloğlan Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi kapitan Qurbanov İmran İlqar oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi
Güloğlan Məmmədov: Şəhidlərimizi Hörmətlə anırıq, və şəhid ailələri daim diqqətimizdədir

II “Şəhidlər Xiyabanı”nda şəhid Qurbanov İmran İlqar oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, I müavin Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak etmişdir.
Qurbanov İmran İlqar oğlu 23.05.1989-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 72 saylı məktəb-litseyi bitirmişdir.
2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə, 2006-cı ildə Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olmuşdur.
2011-ci ildə leytenant hərbi rütbəsi alaraq N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Vətən müharibəsi başlayan ilk gündən zabit kimi ön cəbhədə döyüşmüşdür.
29.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 11.12.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən II “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
İmran Qurbanov dəfələrlə yüksək xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə müxtəlif medal, fəxri fərmanlar və döş nişanları ilə təltif olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrinin 95 illiyinə görə, 2018-ci ildə Azərbaycan ordusunun 100 illiyinə görə, 2019-cu ildə Qüsursuz xidmətinə görə təltif ounmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Güloğlan Məmmədov: Şəhidlərimizi Hörmətlə anırıq, və şəhid ailələri daim diqqətimizdədir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi