xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Aqil Məmmədov: Azərbaycanın şanlı Qələbəsi

9-10-2024, 13:17 6 dəfə baxılıb

Aqil Məmmədov: Azərbaycanın şanlı Qələbəsi


Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandiri, polis mayoru Aqil Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandiri, polis mayoru Aqil Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aqil Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aqil Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandiri, polis mayoru Aqil Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandiri, polis mayoru Aqil Məmmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Aqil Məmmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Ona etibar edilən bütün işlərdə Aqil Məmmədov özünü doğruldub. Bizdə hörmətli Aqil Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandiri, polis mayoru Aqil Məmmədov - Prezident İlham Əliyevin Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixli nitqi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldaraq, xalqımızın uzun illər gözlədiyi Böyük Qələbəni bir daha təsdiqlədi. Bu tarixi hadisə 30 ildən çox davam edən Qarabağ probleminə son qoyulmasının və ölkəmizin ərazi bütövlüyünün bərpasının ən parlaq simvoludur.

Xalqımız illərlə bu anı gözləmiş, müstəqilliyimizin gücləndirilməsi və ərazi bütövlüyümüzün bərpası yolunda əzmkarlıqla çalışmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi-iqtisadi və hərbi sahələrdə böyük irəliləyişlərə imza atdı. Güclü iqtisadiyyat və ordu quruculuğu müstəqilliyin əsas dayaqları oldu. Şanlı ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi, düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqam isə antiterror tədbirlərinin qaçılmazlığı idi. Azərbaycan hər zaman sülh yolunu seçmiş, lakin Ermənistanın təxribatları və işğalçılıq siyasəti qarşısında ölkəmiz öz suverenliyini təmin etmək üçün hərbi yola baş vurmalı olmuşdur. Nəticədə, Qarabağdakı ərazilərimiz azad edildi və bu torpaqlar üzərində əbədi olaraq Azərbaycan Bayrağı dalğalanacaq.

Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq. Xalqımız tarixi Zəfəri öz qanı və canı bahasına qazandı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı, o cümlədən gələcək nəsillər bu Qələbə ilə hər zaman fəxr edəcək və tariximizdə bu Qələbə əbədi yaşayacaq.

Silahlı Qüvvələrimiz döyüş meydanında qazandığı şərəfli zəfərlə bütün dünyaya gücünü göstərdi. Ordumuzun hər bir əsgəri və zabiti, xalqımızın qürur mənbəyi olaraq ölkəmizin təhlükəsizliyini və müstəqilliyini qorumağa davam edəcək.

Bu tarixi hadisə, həmçinin Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Azərbaycanın möhtəşəm qələbəsi tarixdə əbədi olaraq yaşayacaq və hər zaman xalqımızın qürur mənbəyi olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi