xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Pirallahıda səyyar qəbullar davam etdirilir

21-08-2024, 09:49 7 dəfə baxılıb

Pirallahıda səyyar qəbullar davam etdirilir


Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 7 avqust 2024-cü il tarixdə 243 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Qeyd edildi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Eyni zamanda, V.İmanov sentyabrın 1-də ölkəmizdə keçiriləcək Parlament seçkilərində sakinləri fəal olmağa çağırıb.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən sahibsiz itlərin yəğışdırılması, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.







Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov - Bu gün dünyada mürəkkəb geosiyasi kataklizmlərin yaşandığı, müxtəlif ölkələrin xaos, anarxiya və böhran vəziyyəti ilə üzləşdiyi bir şəraitdə Azərbaycan iqtisadi yüksəlişi, ictimai-siyasi sabitliyi və müsbət beynəlxalq imici ilə diqqəti cəlb edir, möhtəşəm uğurlar qazanaraq yeni zirvələr fəth edir. Əlbəttə, Cənubi Qafqazın lider ölkəsinin ardıcıl nailiyyətlərinin və güclü dövlətçilik konsepsiyasının təməlini uğurlu – milli maraqlara, müasir çağırışlara və yeni reallıqlara əsaslanan strateji kurs təşkil edir. Heydər Əliyev ideyalarını inamla və əzmlə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycana yeni qələbələr bəxş edir, respublikamızın geosiyasi statusu artır, beynəlxalq mövqeyi daha da möhkəmlənir.

Heç şübhəsiz, intibah və inkişaf dövrünü yaşayan Azərbaycanın milli tərəqqisində dövlət başçısının ən yaxın silahdaşı - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyətinin müstəsna rolu var. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.

Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir.

İnkaredilməz həqiqətdir ki, Azərbaycanın birinci xanımı xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib, yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bu isə əsasında Azərbaycan vətəndaşının mənafeyinin dayandığı sosial siyasətə böyük dəstəkdir. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə amnistiya aktlarının qəbul olunması təşəbbüsləri ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub. Bu fakt onun fəaliyyətinin, eyni zamanda, humanizm prinsiplərinə söykəndiyini təsdiqləyir.

Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin ideyalarını əzmlə və sədaqətlə həyata keçirir. Xüsusilə də, Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin beynəlxalq miqyasda təbliği istiqamətində çox mühüm addımlar atılır. Bu yöndə görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi”.

Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi və yüksək mənəvi dəstək verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, olduqca yüksək dəyərləndirilir.

Daha bir mühüm məqam Mehriban xanım Əliyevanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyası çərçivəsində səmərəli və məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Ümumxalq və qələbələr partiyası kimi səciyyələndirdiyimiz YAP-ın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Bütövlükdə, Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi Mehriban xanım Əliyevanın milli məzmunlu, bəşəri xarakterli və beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Heç şübhəsiz, "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir", - deyən Mehriban xanım Əliyevanın səmimi yanaşması, əzmkar fəaliyyəti, xalqın isə ona dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı müstəqil və qalib dövlətimizə yeni və daha möhtəşəm uğurlar qazandıracaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi