xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır

1-07-2024, 14:56 121 dəfə baxılıb

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır


Tam səmimiyyətlə demək istəyirik ki, Referans klinikasının baş həkimi, endekrinoloq Dr. Ülya Quliyevanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Dr. Ülya Quliyevanın barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı Referans klinikasının baş həkimi, endekrinoloq Dr. Ülya Quliyeva digər insanlardan xarakteri ilə fərqlənir...

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Dr. Ülya Quliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

Referans klinikasının baş həkimi, endekrinoloq Dr. Ülya Quliyeva öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Referans klinikasının baş həkimi, endekrinoloq Dr. Ülya Quliyeva Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Dr. Ülya Quliyeva - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Dr. Ülya Quliyevanın böyük genetik irsin varisidir.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Referans klinikasının baş həkimi, endekrinoloq Dr. Ülya Quliyeva olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

Bizim əsas məqsədimiz pasiyentlərimizə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik.

Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə ilk dəfə, 2021-ci ildə isə ikinci dəfə əldə etdik.

Laboratoriyalarımız dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub.

Burada 10 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya, Patohistologiya, Tandem MS) və bir sıra alt bölmələr (prenatal diaqnostika, axınlı sitometriya, metabolik skrininqlər və s.) üzrə 7000-nə yaxın laborator müayinələr aparılır.

Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

"Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzində "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub.

Bütün mərhələlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün mərkəzimizdə ciddi Keyfiyyətə Nəzarət Sistemi mövcuddur. Bu sistem iş prosesininin bütün mərhələlərdə (preanalitik-analitik-postanalitik) düzgün aparılmasını izləməyə və xətaların qarşısını almağa imkan verir.

Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı maarifləndirilməsi və məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim qəbulları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.

Pasiyentlərimizin məmnuniyyəti və rahatlığı məqsədilə daim filial şəbəkəmizi genişləndiririk.

Hal-hazırda Bakı şəhəri üzrə 14 filial, bölgələr üzrə 12 filial, ölkə xarici 2 filial fəaliyyət göstərməkdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi