xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Hüseyn Qaraşov yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur

6-03-2024, 10:47 7 dəfə baxılıb

Hüseyn Qaraşov yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur


“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.”
Heydər Əliyev


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hüseyn Qaraşovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hüseyn Qaraşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Hüseyn Qaraşovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Hüseyn Qaraşov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Hüseyn Qaraşov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları təhsil müəssisəsində çalışır. Tədris mərkəzində metodist, direktor müavini, direktor, 1999-cu ildən Həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi olan Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru, 2006-cı ildən isə Filialın bazasında yaradılmış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur.

Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim, AHİK-in Məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin üzvüdür.

Bir sıra elmi məqalə, monoqrafiya, dərs vəsaiti və dərsliyin müəllifidir. Azərbaycan Respublikasının «Tərəqqi» medalı və AHİK-in «Həmkarlar ittifaqında xidmətə görə» medalı ilə təltif olunmuşdur.


Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində оlmuşdur. Kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müхtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sоsial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi - Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyası yaradıldı.

Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə”sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 19 nəfərdən ibarətdir.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi