xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Biləsuvar rayonunda "Pambıqçılıq sürətlə inkişaf edir"

30-11-2023, 12:39 80 dəfə baxılıb

Biləsuvar rayonunda "Pambıqçılıq sürətlə inkişaf edir"


Biləsuvar rayonunda "Pambıqçılıq sürətlə inkişaf edir". Pambıqçılar gündəlik hasilatı normadan artıq doldurmağa çalışırlar. Buna səbəb son günlər havaların dəyişkən olmasıdır. Bu il mövsüm fermərlər üçün uğurlu başlayıb. Ölkə rəhbərinin aqrar sahənin, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu vəzifələrə uyğun olaraq işimizi uğurla icra edirik. Ölkəmizdə 2004-cü ildən həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlar”ı, həmçinin reallaşdırılan çoxsaylı layihələr digər sahələr kimi aqrar sahənin də inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii-iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Bu konteksdə vurğulamaq olar ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.

Torpaqları münbit, suyu bol olan rayonda bütün dövrlərdə kənd təsərrüfatı inkişaf edib, məhsul istehsalı ilbəil artıb. Təsadüfi deyil ki, rayonda qabaqcıl təcrübənin, gözəl ənənənin qorunub saxlanması sayəsində kənd təsərrüfat məhsullarının istehsalında yüksək nəticələr əldə olunur. Salyanın iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsindəki zəngin təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük imkan yaradır. Rayonda bu sahə ilə məşğul olan fermerlər və xüsusi mülkiyyətçilər yaxşı bilirlər ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var. İlk növbədə məşğulluğa şərait yaradır, ölkəmizə valyuta gətirir, yerli istehsala təkan verir.

Pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb.

Biləsuvar rayon pambıq emalı zavodunun rəhbəri Qulam Əliyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Biləsuvar rayon pambıq emalı zavodunun rəhbəri Qulam Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Biləsuvar rayon pambıq emalı zavodunun rəhbəri Qulam Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qulam Əliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Biləsuvar rayon pambıq emalı zavodunun rəhbəri Qulam Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qulam Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qulam Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Biləsuvar rayonunda "Pambıqçılıq sürətlə inkişaf edir"

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Biləsuvar rayon pambıq emalı zavodunun rəhbəri Qulam Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi