xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: – “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?” (VİDEO)

31-10-2019, 09:49 94 dəfə baxılıb

Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: – “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?” (VİDEO)

Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb.

Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir.

Cebhe.info-ya daxil olan səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu “votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri oğurluqda ittiham edib. Müəllimin səsyazısından bir hissəni təqdim edirik:

“Amma siz də gəlin məni incitməyin də… Axı 20 manat nə olan şeydir ki, siz onu vermək istəmirsiz? Mənim heç kimə borcum yoxdur ki, maaşımı alım və kiminsə uşağının ayağının altını süpürtdürüm. Hər dəfə uşaqlara deyirəm ki, pulu niyə gətirməmisiniz? Onlar da deyir ki, valideynimizə demişik. Sinfin təmizliyi, dəhlizin təmir edilməsi, “katric”in doldurulması, sinif adına alınan qəzet, sinifdə nəsə qırılsa, hamısı valideynlərin hesabına olur. Bunu rəhbərlik də, nazirlik də bilir”.

193 nömrəıli məktəbin direktoru Rahim Hüseynov açıqlamasında Toyzu Mustafayevanın sinif rəhbərliyindən kənarlaşdığını deyib: “Məsələdən xəbərdar olmuşuq və müəllimi sinif rəhbərliyindən kənarlaşdırmışıq”.

Səsyazısının tam versiyasını buradan izləyə bilərsiniz:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi