xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Fahişələrin özünü satışa çıxardığı “İnfiniti” klubla bağlı daha bir qalmaqal – Minlərlə manatı… (FOTO, VİDEO)

11-10-2019, 14:11 65 dəfə baxılıb

Fahişələrin özünü satışa çıxardığı “İnfiniti” klubla bağlı daha bir qalmaqal – Minlərlə manatı… (FOTO, VİDEO)

Bakının məşhur gecə klublarından biri olan “İnfiniti”nin adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.

“Minval.İnfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir.

Həmin şəxslər “Azərişıq” ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur.

İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən “İnfiniti” klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar.


Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün “İnfiniti” gecə klubundan, ümumilikdə, 100 min manat alınıb və “Azərişıq” ASC-yə ödənilməyib.

Dəymiş zərər 129 min manatdır.

Bu iş üzrə zərərçəkmiş qismində “Azərişıq” ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.



Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır. Əldə etdiyimiz məlumata görə, elə bu qalmaqallı işdən sonra “İnfiniti” klubun fəaliyyəti dayandırılıb.
Fahişələrin özünü satışa çıxardığı “İnfiniti” klubla bağlı daha bir qalmaqal – Minlərlə manatı… (FOTO, VİDEO)
Xatırladaq ki, bu klub daha əvvəllər də mətbuatın gündəminə kütləvi dava və əxlaqsızlıq yuvası olması ilə gəlmişdi. Gecə klubunda azyaşlı qızların intim əlaqə üçün təklif edilməsi, ərəb turistlərin buranı qadın “ovu” üçün seçməsi barəsində olduqca geniş yazılar, görüntülər ortaya çıxmışdı.

Hətta xarici telekanalların əməkdaşları buradakı qadın ticarəti ilə bağlı video hazırlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi