Qabil Məmmədov vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL
16-05-2022, 12:37
256 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədovdur.
Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qabil Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qabil Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Qabil Məmmədovdan danışdılar yaxşı ki, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisidir… Qabil Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Qabil Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağstafa rayonunda meliorativ tədbirlər davam edir
Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma mövsümünə hazırlıq məqsədilə hazırkı vaxta kimi 25 ədəd subartezian quyusunda cari təmir işləri aparılıb, onların nasaz mühərriklərinin sarğısı yenisi ilə əvəz olunub, nasos hissəsində aşınmaya məruz qalmış hissələri yenisi ilə əvəzlənib. İdarə bu il su istifadəçilərinin əkin sahələrini suvarma suyu ilə daha yaxşı təmin edilməsi məqsədilə böyük tədbirlər planının da həyata keçirilməsini nəzərdə tutub. Uzun müddət istismar olunmuş Qıraq Kəsəmən nasos stansiyasında əsaslı təmir işləri aparılmaqla müasir tələblərə çavab verən nasos stansiyanın quraşdırılması, 2021-ci ildə beton üzlük qoyulmaqla təmir edilən Poylu arxında işlərin davam etdirməklə əlavə 1,2 kilometr beton üzlük qoyulması və 2 ədəd fəaliyyəti tam dayanmış subartezian quyusunun yenidən əsaslı təmir edilərək istismara verilməsi də planlaşdırılıb.
Ağstafa Suvarma Sistemləri İdarəsi Ağstafa rayonunu 21050 hektar suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Bu 2021-ci illə müqayisədə əlavə torpaq sahələrinin əkinə cəlb edilməsi sayəsində 1543 hektar çoxdur. Suvarmada rayon üzrə 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ Göl su anbarı, subartezian quyuları və yerli əhəmiyyətli qaynama sulardır. Eyni zamanda suvarmanın yaxışlaşdırılması məqsədilə 3 ədəd nasos stansiyanın gücündən istifadə edilir. Suvarma suyunu su istehlakçılarına ümümilikdə 825 km üzunliğunda magistral, təsərrüfatlar arası və təsərrüfatdaxili kanallar vasitəsilə çatdırılır. Suvarma mövsümünə hazırlıq məqsədilə suvarma kanallarında təmizlik işlərinə başlanılıb. Maşın və mexanizmlərlə hazırkı vaxta kimi 65 km məsafədə kanallar və arxalar lildən təmizlənib, 120 kub metr əl ilə lildən təmizləmə və 35000 kvadrat metr kol kosdan təmizləmə işləri aparılıb. Hidrotexniki qurqulara baxış keçirilib, təmirə ehtiyac olan hissələrində cari təmir işləri aparılıb.
Nasos stansiyaları mövsümə hazır vəziyyətə gətirilib. “Həsənsu” nasos stansiyasının elektrik transformatorunda yaranmış nasazlıq aradan qaldırılıb. Suvarılan əkin sahəsinin 4203 hektarının su ilə təminatı isə rayon ərazisində fəaliyyət göstərən 266 ədəd subartezian quyuları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2022-ci ildə 6 ədəd subartezian quyusunun qazılması işlərinə başlanıb və Aşağı Kəsəmən kəndində 1 ədəd subartezian quyusunda yaxın zamanlarda iş yekunlaşacaqdır.
Qeyd edək ki, sərhəd kəndi olan Tatlı kəndində əkin sahələrinin və əhalinin suya olan təlabatını ödəmək üçün Həsənsu çayının məcrasında yer altı suların toplanaraq nasos vasitəsilə çatdırılması üçün yeni nasos stansiyanın tikintisi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan sahələrin 8326 hektarı dənli bitkilər, 5857 hektarı yem bitkiləri, 1301 hektarı bostan- tərəvəz, 1502 hektar çoxillik əkmələr, 2521 hektarı isə həyətyanı sahələrdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR