xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

"Şuşada özəl bir mərkəzimiz olacaq" - Nazir

16-07-2021, 12:11 45 dəfə baxılıb

"Şuşada özəl bir mərkəzimiz olacaq" - Nazir


“2025-ci ilə qədər Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) xidmətlərinin bütün ölkə üzrə əhatəsi planlaşdırılır.

“Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, növbəti mərhələdə çox geniş spektrda DOST mərkəzləri şəbəkəsi yaradılacaq:

“Ümumilikdə ölkə üzrə 17 regional mərkəzimiz olacaq. Bir regional mərkəz Naxçıvanda, biri işğaldan azad olunmuş ərazilərimizdə, 5 mərkəzimiz Bakı şəhərində, digərləri isə respublikanın digər regional mərkəzlərində olacaq. 47 DOST filialı yaradılacaq. İşğaldan azad edilmiş bütün rayonlarda filiallar olacaq. Eyni zamanda Şuşada sosial xidmətlərin göstərilməsi üçün çox özəl bir mərkəzimiz olacaq. Ölkə başçımız bu istiqamətdə tapşırıqlar verib.

Hazırda Gəncə, Sumqayıt, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarda DOST mərkəzləri şəbəkəsinin yaradılması üçün layihələndirmə, tikinti-quraşdırma işlərinə başlanılıb. Düşünürük ki, 2023-cü ilin sonuna qədər 8 regional mərkəz yekunlaşdırılacaq, bununla 13 regional mərkəzimiz olacaq. 2025-ci ilə qədər isə 17 regional mərkəzin hər biri fəaliyyət göstərəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi