xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

XİN başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə Ermənistanın təxribatını müzakirə etdi

22-07-2020, 13:34 60 dəfə baxılıb

XİN başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə Ermənistanın təxribatını müzakirə etdi


21 iyul 2020-ci ildə Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə Baş katibə təşəkkür bildirib.

Tərəflər Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Baş katib Bağdad Amreyev Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə Baş katibi məlumatlandırıb.

O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə Baş katibə təşəkkürünü ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi