xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşdü

26-09-2019, 09:34 87 dəfə baxılıb

Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Mariya P.Buriçə Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb, onu hazırkı vəzifəsində Azərbaycana səfərə dəvət edib.

Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsindən razılıq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Avropa Şurasının Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş son görüş barədə məlumat verib. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi