xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT-nin sənədi kimi yayımlanıb

26-11-2025, 09:52 5 dəfə baxılıb



21 sentyabr 2025-ci il tarixində “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.
Bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, Forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.

Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan ediblər.

Qeyd edək ki, Forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunmuş, Forumun Bəyannaməsinin və Azərbaycan Respublikası Prezidentinin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi