xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

XİN: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

6-02-2020, 10:02 58 dəfə baxılıb

XİN: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir


Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur: "Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir. Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir. Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik.

Qeyd etmək istərdik ki, 2020-ci ilin 21 yanvar tarixində Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd etmişdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi