xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

"Azərbaycan Fransa neokolonializmi üzərində parlaq qələbə qazandı" - Rusiya nəşri

17-07-2025, 09:11 4 dəfə baxılıb

"Azərbaycan Fransa neokolonializmi üzərində parlaq qələbə qazandı" - Rusiya nəşri


Rusiyanın "Vzqlyad" qəzeti dekolonizasiyası uğrunda Azərbaycanın uzun müddət mübarizə apardığı Yeni Kaledoniyaya muxtariyyətin verilməsi haqqında material dərc edib.

məqalənin müəllifi Fransa Prezidenti Emmanuel Makronun xarici siyasət arenasındakı məğlubiyyətlər siyahısına işarə edir və Azərbaycanın geosiyasi təsirinin güclənməsindən narahatlığını ifadə edir.

Müəllif qeyd edir ki, Rusiyanın Avropa İttifaqı ölkələri, o cümlədən Fransa ilə uzunmüddətli qarşıdurmasına baxmayaraq, Makronun nüfuzunu sarsıdan, eləcə də ona siyasi zərbə vuran Kreml yox, məhz Bakı oldu.

"Lakin başqalarının nailiyyətlərini öz adına çıxmaq nəcib əməl deyil: Yeni Kaledoniyanı fransızların əlindən biz almadıq. Bunu bakılı oğlanlar etdi. Fransa neokolonializminə qarşı mübarizə həqiqətən də uğurlu oldu", - müəllif qeyd edir.

Məqalədə qeyd olunur ki, Fransa Qarabağın işğalı dövründə, ikinci Qarabağ müharibəsi zamanı və ərazilərin azad edilməsindən sonra Ermənistana göstərdiyi dəstəyin cəzasını çəkir.

Eyni zamanda, müəllif narahatlığını ifadə edir, çünki Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı imkanlarını nümayiş etdirməsi və Qarabağ müharibəsindəki qələbəsi son vaxtlar etnik azərbaycanlıları sıxışdırmağa başlayan Rusiyaya potensial təsir imkanlarından da xəbər verir.

"Yalnız bir məqam narahat edir ki, bu, həm də Azərbaycanın qələbəsidir. Azərbaycanın isə Qarabağda Ermənistan üzərində, Zəngəzurda Paşinyan üzərində və s. kimi silsilə qələbələri var. Bu, mürəkkəb cənub xarakterini daha da mürəkkəb və partlayıcı edir, avantüralara ilhamlandırır. Son hadisələr göstərdi ki, Azərbaycan antikolonial ritorikanı və agent təsirini təkcə Fransaya qarşı deyil, həm də Rusiyaya qarşı istifadə edə bilər", - müəllif sonda deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi