xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir

28-11-2024, 10:28 6 dəfə baxılıb



Makronun siyasəti Fransanı uçuruma sürükləyir: Azərbaycan və İslam dünyası ilə münasibətlərə geridönməz zərbə vurur
Fransa Prezidenti Emmanuel Makronun siyasəti nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi narazılıqlara səbəb olur. Elabe şirkətinin BFMTV telekanalı üçün keçirdiyi son rəy sorğusuna görə, fransızların 63%-i Makronun prezidentlik vəzifəsindən istefa verməsini dəstəkləyir.

Musavat.com xəbər verir ki, Makronun təyin etdiyi baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq votumu olacağı təqdirdə, respondentlərin əksəriyyəti Makronun da vəzifədən getməli olduğunu hesab edir. Xüsusilə, sağçı Milli Birlik Partiyasının (83%) və solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının (76%) tərəfdarları onun istefasını tələb edir.

Makronun beynəlxalq siyasəti də vəziyyəti daha da ağırlaşdırır. O, Fransa-Azərbaycan münasibətlərini ciddi şəkildə korlayıb, Türkiyə və İslam dünyası ilə əlaqələri isə sarsıdıb. Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşlarla münasibətlərin pisləşməsi Makronun geosiyasi səhvlərinin bariz nümunəsidir.

Fransanın planetar səviyyədə nüfuzuna zərbə vuran Makron, ölkəni hər keçən gün daha çox təcrid vəziyyətinə salır. Azərbaycanlıların Makronun uğursuz siyasətinə dair fikirləri ilə fransızların əksəriyyətinin mövqeyi üst-üstə düşür: Makron prezidentliyə layiq deyil.

Fransanın öz daxilində belə, Makronun siyasətindən narazı olan və onun istefasını tələb edən əhalinin böyük hissəsi bu fikirin ölkənin gələcək siyasətində dönüş nöqtəsi ola biləcəyinə inanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi