xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

ABŞ qlobal geosiyasi vəziyyətə təsirini itirir? (ŞƏRH)

19-06-2025, 09:00 2 dəfə baxılıb

ABŞ qlobal geosiyasi vəziyyətə təsirini itirir? (ŞƏRH)


"Si Szinpinin ABŞ-la bağlı verdiyi bu sayaq açıqlamalar daha çox geosiyasi vəziyyətdən istifadə edərək, rəqiblərinə qarşı apardığı söz və ideoloji savaşın tərkib hissəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın sədri Natiq Cəfərli Çin lideri Si Szinpinin ABŞ-ın qlobal geosiyasi vəziyyətə təsirinin getdikcə azaldığı barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

Natiq Cəfərlinin fikrincə, bu məsələ daha dərin qatlarda müzakirə olunmalıdır:

"Söhbət ondan gedir ki, Amerikada bir qrup siyasətçi, ideoloqlar, Trampın ətrafı izolyasiya şəklində ABŞ-ın daha güclü inkişaf edəcəyini düşünür. Yəni onlar izolyanist siyasət yeritməklə, dünya işlərinə çox da müdaxilə etmədən, yalnız öz bölgələrində, Amerika qitəsində daha güclü olmaq ehtimallarından danışırlar. İndi Amerikada daha tez-tez danışırlar ki, dünya jandarmı rolunu oynamaq artıq onlara maddi olaraq baha başa gəlir və daha çox resursların kənara xərclənməsinə səbəb olur. Ona görə də Çin liderinin bu müstəvidə dedikləri daha çox ideoloji məqsəd daşıyır".

Ekspert qeyd edib ki, Amerika dünya siyasəti və dünya iqtisadiyyatında hələ bir neçə on illər ərzində aparıcı ölkə olaraq qalacaq:
"Yəni çox qısa zamanda mövcud vəziyyətin dəyişməsi mümkün deyil".

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Szinpin ABŞ-ın qlobal geosiyasi vəziyyətə təsirinin getdikcə zəiflədiyini bildirib. Bu barədə onun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub: "Dünya Birləşmiş Ştatlar olmadan da yoluna davam edə bilər.

Çin lideri xatırladıb ki, cəmi 100 il əvvəl Britaniya imperiyası qlobal ticarətdə dominant mövqe tuturdu və dünya sərvətinin 20 faizindən çoxuna sahib idi. O əlavə edib ki, 200 il əvvəl Fransa Avropa səhnəsində əsas rol oynayırdı və onun ordusu düşmənlərə qorxu salırdı:

"400 il əvvəl isə İspaniya tacı Maniladan Meksikayadək hökmranlıq edirdi, onun xəzinələri gümüş və ipəkdən əyilirdi. Krallar öz şöhrətlərinin əbədi olacağını düşünürdülər"

Onun sözlərinə görə, bütün bu keçmiş uğurlara baxmayaraq, bu imperiyaların hər biri zamanla arxa planda qalıb. O bildirib ki, onların hakimiyyəti zəifləyib və təsir dairəsi dəyişməyə başlayıb. Çin rəhbəri əlavə edib ki, əgər ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, anlayacaq ki, dünya həmişə yoluna davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi