xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

ABŞ-ın diqqəti: Bakı özünü çox layiqli aparır – Rusiyadan baxış

30-11-2023, 10:00 11 dəfə baxılıb

ABŞ-ın diqqəti: Bakı özünü çox layiqli aparır – Rusiyadan baxış


ABŞ heç kimlə münasibətlərini nizamlamır. Amerikaya görə, münasibət qurmaq üçün heç bir dövlətlə bərabərhüquqlu məntiq yoxdur. Vaşinqton öz istəyini yerinə yetirmək üçün başqalarına ehtiyac duyur.

Axar.az xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Azərbaycan bu vəziyyətdə özünü çox layiqli aparır, subyektivliyini qoruyub saxlayır, xarici siyasətini ABŞ-ın maraqlarına uyğun deyil, ilk növbədə öz maraqlarına uyğun qurur. Bu gün Azərbaycan dünya siyasətinin son dərəcə mühüm mərkəzidir. Məsələn, bu gün Azərbaycan Qoşulmama Hərəkatının lideridir ki, bu da son dərəcə vacibdir. Çox ciddi xarici siyasət yeritmək üçün əlində olan rıçaqlardan istifadə edir. Buna görə də ABŞ Bakıya diqqət yetirir”, - o bildirib.

Solonnikov qeyd edib ki, Azərbaycan öz maraqlarını müdafiə xəttini inkişaf etdirməyə davam edəcək və ABŞ-ın xarici siyasət konturuna inteqrasiya etməyəcək:

“Çox güman ki, Bakı ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə kəskinləşəcək. Bu gərginlik artacaq, lakin sonda hər şey daha böyük geosiyasi ssenarilərdən asılı olacaq. Vəziyyətə xüsusilə gələn il ABŞ-da keçiriləcək prezident seçkisi təsir edəcək. Biz çox yaxşı başa düşürük ki, ABŞ seçiciləri üçün Cənubi Qafqaz birinci prioritet nöqtəsindən uzaqdır. Ermənistanla flört həm demokratlar, həm də respublikaçılar arasında müşahidə olunacaq. Seçki keçiriləcək və çox güman ki, geosiyasi vəziyyət dəyişəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi